Basma (zərgərlik)

Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı.

Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.[1]

  1. "Bədii metal". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.