Basqal Resort & Spa

Basqal Resort & Spa - İsmayıllı şəhərində yerləşən, 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarət otel.

Basqal Resort & Spa
Ölkə Azərbaycan
Şəhər İsmayıllı
Tikilmə tarixi 12 avqust 2022
Mərtəbə sayı 6
Aidiyyatı Resort & Spa
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
Basqal Resort & Spa (Azərbaycan)
Basqal Resort & Spa

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Otelə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər.

Mətbəx[redaktə | mənbəni redaktə et]

Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər.

Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq.[1]

Əyləncə[redaktə | mənbəni redaktə et]

“KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək.

“LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq.

“ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək məkandır.

Otelin qonaqları “HAZE Club & Karaoke Lounge”da barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.[2]

SPA[redaktə | mənbəni redaktə et]

“NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, massaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.[3]

Konfrans zallar[redaktə | mənbəni redaktə et]

“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb.

Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda "Basqal Resort & Spa" otelinin açılışında iştirak ediblər". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  2. "Basqal Resort & Spa – в Азербайджане открывается уникальное место для семейного отдыха". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.
  3. "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda "Basqal Resort & Spa" otelinin açılışında iştirak ediblər YENİLƏNİB". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-04.