Batırbek Tuqanov

Batırbek Tuqanov[1] (oset. Батырбег Тугъанты, 4 (16) iyul 186619 iyun 1921) — Osetiya ictimai inqilabi xadim, yazıçı, tərcüməçi, dramaturq və hüquqşünas.

Batırbek Tuqanov
Doğum tarixi 4 (16) iyul 1866
Vəfat tarixi 19 iyun 1921(1921-06-19) (54 yaşında)
Fəaliyyəti yazıçı

4 iyul 1866-cı ildə hazır ki Şimali Osetiya Respublikası Diqora rayonu Dur-Dur kəndində bir osetin torpaq sahibinin ailəsində anadan olmuşdur. 1880-ci ildə Vladiqafqaz kişi gimnaziyasına daxil olur, sonra 1884-cü ildən Stavropol gimnaziyasında təhsiliyi davam etdirir. 1886-cı ildə təhsilini tərk edərək doğma kəndinə qayıtdır. Bir müddət sonra Vladiqafqaza köçür və burada Kosta Xetaqurovla tanış olur. Vladiqafqazda hüquq təhsili alır. Mülki işlər üzrə xüsusi vəkil adını aldıqdan sonra vəkillik etməyə başlayır. Bir hüquqşünas olaraq ilk əsərini, "Hənifə" hekayəsini yazır.

İnqilabi hərəkatda iştirak edir. Çermen Bayev və Elbızdıko Britayev ilə birlikdə Vladiqafqazdakı Osetiya qarnizonunun əsgərləri arasında təşviqatla məşğul olur. 1905-ci ildə Karl Marksın "Kommunist Partiyasının Manifesti"-ni osetin dilinə tərcümə edir. 1902-1907-ci illərdə Vladiqafqazda yaşayır. Qimnaziçeskaya küçəsindəki bir evdə mənzil kirayələmiş, burada hökumət əleyhinə vərəqələr çap etdirdiyi gizli mətbəə qurdur[2]. 1904-cü ildə "Paralellər" pyesini yazır. 1905-ci ildə inqilabi fəaliyyətinə görə həbs edilir. 1907-ci ildə həbsxanadan buraxılır və ailəsi ilə birlikdə Moskvaya gedir. Burada İkinci Dövlət Dumasının nümayəndəsi seçilir. Moskvada yazıçı ədəbi tanışlıqlar qazanır və özünü tamamilə yaradıcılıq fəaliyyətinə həsr edir.

1913-cü ildə Moskvada "Batanoko Tembot" hekayəsini nəşr etdirir. Birinci Dünya müharibəsi ərəfəsi Tuqanovu cəlb edir, qələmini bir müddət kənara qoyaraq yaxınlaşan hadisələrin iştirakçısı olur. 1918-ci ildən Milli Məsələlər üzrə Xalq Komissarlığının əməkdaşı və 1921 -ci ildən Dağıstanda atçılıq üzrə rəhbər olur. 1921 -ci ildə Dağıstana köçür.

1921-ci il iyunun 19-da Dağıstanda vəba xəstəliyindən dünyasını dəyişir. Maxaçqalada dəfn edilir.

1963-cü ildə Şimali Osetiya Kitab Nəşriyyatında "Hekayələr, dramatik əsərlər" adlı əsərlər toplusu nəşr olunur.

  1. "Batırbek Tuqanov". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
  2. "Паспорт объекта «Дом, в котором жил и работал видный осетинский писатель-демократ Туганов Б.А.» Министерства культуры СССР" (PDF). 2023-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-19.

Литература

[redaktə | mənbəni redaktə et]
  • Батырбек Туганов/ Ардасенов Х., Очерк развития осетинской литературы, Орджоникидзе, 1959, стр. 258—259
  • Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 34—35, ISBN 978-5-7534-1499-01