Bat Universiteti — Böyük Britaniyanın Somerset qraflığının Bath şəhərində dövlət təhsil və tədqiqat universiteti. 1966-cı ildə kral xartiyasına layiq görülüb.
Bat Universiteti | |
---|---|
51°22′47″ şm. e. 2°19′41″ q. u.HGYO | |
Əsası qoyulub | 1966 |
Ölkə | |
Sayt |
bath.ac.uk bath.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin əsas kampusu 1964-cü ildə tikilib və UNESCO-nun Ümumdünya İrsinə daxildir.
2021-ci ildə Tədqiqat Mükəmməlliyi Çərçivəsində Bath universiteti təqdim etdiyi tədqiqat fəaliyyətinin 40% mümkün olan ən yüksək 4* təsnifatına nail olub və keyfiyyət və əhəmiyyət baxımından dünyada lider universiteti kimi müəyyən edilib. Universitet dünyanın ən yaxşı beynəlxalq standartlarına cavab verir.[1]
Universitet Birlik Universitetləri Assosiasiyasının, MBA Assosiasiyasının, Avropa Keyfiyyəti Təkmilləşdirmə Sisteminin, Avropa Universitetlər Assosiasiyasının, Böyük Britaniya Universitetləri və GW4-ün üzvüdür.
Bat Universiteti 1595-ci ildə əsası qoyulmuş Texniki Ticarət Kolleci kimi açılmışdır.[2]
1856-cı ildə Bristolda yaradılmış texniki məktəbin, 1885-ci ildə Ticarət Cəmiyyətinin bir hissəsi oldu.
1949-cu ildə kollec Bristol Təhsil Təşkilatının nəzarəti altına keçdi. Daha sonra Bristol Texnologiya Kolleci və 1960-cı ildə Bristol Elm və Texnologiya Kolleci adlandırıldı və Təhsil Departamentinin himayəsi altında on texniki kollecdən birinə çevrildi.
Kampusun tikintisinə 1964-cü ildə başlandı və 1965-ci ildə tamamlandı. 1966-cı ildə universitet Kral Xartiyasına layiq görüldü. 1966-cı ilin noyabrında Bath universitetində ilk elmi dərəcənin təqdim olunma mərasimi keçirildi.
Universitetdə 4 fakültə var və hər fakültə müxtəlif şöbələrə bölünür.
Mühəndislik və Dizayn fakültəsi:
Humanitar və Sosial Elmlər fakültəsi
İdarəetmə fakültəsi
Elmlər fakültəsi
Bat Universiteti Böyük Britaniya hökumətinin Mükəmməllik Çərçivəsi proqramının Qızıl Mükafatını alıb. Bu sistemə əsasən, universitetlər tədrisin keyfiyyətini, öyrənmə mühitinı, işə düzəlmə kimi amilləri nəzərə almaqla qiymətləndirilir.[3]
Böyük Britaniya universitetlərinin reytinqinin cədvəlində 11-ci yerdə, 18 fənni isə ölkədə ilk 10-luğa daxildir.[4] Universitet Böyük Britaniyadakı Good University Guide sistemində 128 universitet arasında 12-ci yerdədir.[5][6]