Bataqlıq kərə yağı[1] (ing. Bog butter) — İrlandiyada bir çox nümunəsi olan tarixi kərə yağları.
Soyuducunun icadından əvvəl insanlar qida məhsullarını uzun müddət saxlaya bilmək üçün müxtəlif üsullardan istifadə edirdilər[1]. Bu üsullardan biri də qidanın bataqlıqda saxlanılması idi[1]. İrlandiya sakinləri də əvvəllər kərə yağlarını qoruya bilmək üçün bataqlıqda basdıraraq, sonrakı illərdə ehtiyac olduqca, onları həmin ərazilərdən çıxarmağı planlaşdırırdı[1]. Ancaq bataqlıq kərə yağlarının qədim zamanlarda bolluq olsun deyə tanrılara, ya da ruhlara əhd olaraq verildiyi də iddia edilir[1].