Bataysk Tarix muzeyi

Bataysk Tarix muzeyiRostov vilayəti Bataysk şəhəri ərazisində yerləşən tariz muzeyi. Muzeyin müasiy binası şəhərin mədəniyyət və istirahət parklarından birində Kirov küçəsi ev 51 ünvanında yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Batayskda ilk tarix muzeyi 1966-cı ildə açılmışdı. Bu muzey yerli kinoteatrların birində yerləşirdi. İlk əvvəllər onun adı "İnqilab, hərbi və əmək şöhrəti müzeyi" olmuşdur. Muzey cəmi iki otaqda yerləşirdi. Onun 400 eksponatı var idi. Muzeyin müasir binası isə 1979-cu ildə inşa edilmişdir. Muzeyin açılışı isə elə həmin ilin 22 aprelində baş tutmuşdur[1].

Muzey müasir adını 1993-cü ildə almışdır. Hazırda onun eksponat sərgi zalının sahəsi 430 m² təşkil edir[2].

Muzeyin ekspozisiyası[redaktə | mənbəni redaktə et]

Muzeyin əsas elspozisiyası eksponatlardan ibarətdir. Bu eksponatlar şəhətin tarixini əyani şəkildə nümayiş etdirir. Muzey fondunda tarixi eksponatların sayı 9 mindir[3].

Burada üç eksponat zalı vardır[4]:

  • Döyüş Şöhrəti zalı ― burada əsasən Rusiya vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövrünə aid eksponatlar saxlanılır. Burada müharibəfə həlak olmuş şəxsləri adları yazılmışdır. Bu zalda veteranlarla və araşdırma qrupları ilə görüşlər keçirilir.
  • Diyarşunaslıq zalı
  • Sərgi zalı

Epspozisiya[4]:

  • Baranov və Serov adına təyyarəçilik uçilişi. Burada təhsil alan məşhur təyyarəçilər olmuşdur. Onlar arasında Aleksey Petroviç Maresevi belə göstərmək olar. Onun haqqında povestlər belə yazılmışdır.
  • Bladimir Mixayloviç Komarov, Yevgeni Vasileviç Xrunov Viktor Vasileviç Qorbatko kimi təyyarəçi-kosmanaftların şəxsi əşyaları.
  • Bataysk dəmir yolunnun tarixi. Buradan dəmir yolları 1875-ci ildə II Aleksandrın əmri ilə çəkilmişdir. Bu dəmir yolu qovşağı ən böyük qovşağa çevrilmişdir.
  • Etnoqrafik eksponatlar. Xalqla əlaqəli və onların yaşayışını nümayiş etdirən eksponatlar: köhnə mebellər, əmək və məyişət alətləri, kilsə predmetləri.
  • Daimi sərgi zalında isə bataysklı rəssam Nikolay Serqeeviç Losevskinin çəkdiyi şəkillər sərgilənir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Administrator. "Городской музей истории города Батайска" (rus). xn----7sbbaad2dcgd9csffhc5m.xn--p1ai. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  2. "ИСТОРИЯ ГОРОДСКОГО МУЗЕЯ" (rus). xn--80aaabtlpdjm6djh.xn--p1ai. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  3. "Батайский музей истории - Правительство Ростовской области" (rus). www.donland.ru. 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.
  4. 1 2 "Донской туризм :: Турист на Дону :: Музеи" (rus). dontourism.ru. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-21.