Batial zona

Batial zona

Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur.

Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dənizokeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan TellinidaeNuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır.