Batori ailəsi

Batori ailəsinin gerbi

Batori ailəsiQutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir.

Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir.

Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir.

Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi. Qutkelid klanı Şvabiyadan olan Qut və Kelad qardaşlarının Macarıstanın venesiya əsilli ikinci kralı Peter Orseolonun hakimiyyəti dövründə Ştof qəsrindən (çox güman Ştaufen-im-Braysqau və ya Vürtenberqdə yerləşən Hohenştaufen qəsrindən) Macarıstana immiqrasiya etmişdilər. [1]

Batori nəsli başlanğıcını 1250-ci ildə xatırlanan Rakomazdan olan Keçəl Andraşdan götürmüşdür.[2] O, bu məlumatlarda Şarvar monastrının himayədarı kimi göstərilmişdir. 1279-cu ildə kral IV Laslo Andraşın qardaşları Xodaşı və Andraşın oğulları Dyörd (1307-ci ildə ölüb), Benedikt (1321-ci ildə ölüb) və Bereki (1322-ci ildə ölüb) hərbi xidmətləri müqabilində Bator qəsri ilə təltif etmişdir. Bator həmin dövrdə Andraşın qohumu ilə evlənmiş Lanqoşun oğlu olan Vaydanın tabeçiliyində idi. Lakin onun bu izdivacdan heç bir davamçısı olmamışdır. [3] 1310-cu ildə Berek Bator qəsrinin tamhüquqlu sahibinə çevrilir. O vaxtdan sonra onun nəslinin davamçıları özlərini Batori adlandırmağa başlayırlar.

Ailə Briçiusun oğulları və nəvələrindən törəyən iki əsas qola ayrılmışdır:

  • Ailənin böyük qolu olan Batori-Şomyö Briçiusun ilk oğulu olan Satmar qrafı İohanndan və Ladislavdan törəmişdir. Ladislav Anna Meqqesi ilə evlilik nəticəsomdə Şömyö qəsrini almışdır. Ladislausun kiçik qardaşı II Corc isə Şimolin nəslinin əcdadı sayılır. Sonradan bu nəsil Batori Şimolin adlandırılacaq. Sonradan ailənin qollara ayrılması Laslonun nəticələri olan Yanoş və İştvanın dövründə baş vermişdir. Onların nəsilləri müvafiq olaraq, Batori-Sanislefi adlanmışdr. Mikloş isə Batori-Şamyp xəttini davam etdirmişdir.
  • Ailənin kiçik qolu Batori Eskid qolu isə Briçiusun kiçik oğlu Lukadan gəlmişdir. Luka Satmarda geniş ərazilərə sahib idi və Macarıstan kralı Karl Robert tərəfindən ona Eskid kəndi bağışlanmışdır. Orada o, Hüseg (tərcümədə "sadiqlik" deməkdir) qəsrini ucaltmışdır.[3][4] Bu qolun sahibləri Bator qəsrini rəhbərliyi əlində saxladıqlarından onları Bator və ya Yeni Bator adlandırırdılar.[3]
Şamyö qəsrinin xarabalıqları

Əfsanə və gerb

[redaktə | mənbəni redaktə et]

Əfsanəyə görö, nəslin ilk nümayəndələrindən olan Vitus Qutkeledi göldə məskunlaşan və yerli əhalini öz ovuna çevirən əjdahanı öldürmək üçün çağırırlar. Vitus nizəsinin üç zərbəsilə əjdahanı öldürür və mükafat olaraq qəsri alır. Razı qalan əhali onu "Bator" (macar dilindən tərcümədə "cəsarətli, igid") və "animus magnamimus "adlandırır. 1325-ci ildə Berekin oğulları bu əfsanə ilə birbaşa bağlılığı olan gerb əldə edirlər. Gerbdə boynunu quyruğuna sarıyan və qalxanı tutmuş üfüqi şəkildə təsvir olunmuş üç əjdaha dişini görə bilərik.[5] Öz boynunu quyruğuna sarıyan əjdaha Əjdaha ordeninin də simvoludur.

Sonrakı tarixi

[redaktə | mənbəni redaktə et]

1526-cı ildə Osmanlılara qarşı baş vermiş Moxaç döyüşündə Macarıstan kralı II Layöş həlak olur. Bu amansız döyüşdə aldığı məğlubiyyətdən sonra Macarıstan krallıq uğrunda rəqabət aparan iddialı ailələrin məskəninə çevrilir. Ailənin iki qolu münaqişədə bir-birinə əks tərəflərdən çıxış edirlər. Eskid qolu Habsburqların tərəfində idi. VII Ştefan döyüşdə həlak olmuş II Layoşun dul arvadı ilə Bratislavaya qaçaraq Avstriyalı I Ferdinandın Macarıstan kralı kimi seçilməsində iştirak etmişdir. Qısa müddət ərzində Ferdinand Transilvaniyaya nəzarəti ələ alır. 1551-ci ildə o, Ştefanın bacısı oğlu Bonaventuranı leytenant təyin edərək oranın idarəsini ona tapşırır.

Ailənin üzvləri olan Corc və Anna Batori nəslin ən rüsvay edəcək adamı Yelizaveta Batorini dünyaya gətirirlər. Dul qadın olan Yelizaveta çoxlu sayda gənc qızın öldürülməsinə görə həbsə salınmışdır. Bir sıra alimlər məhz onun irland yazıçısı Brem Stokerə "Drakula" romanını yazmaq üçün təsir etdiyini iddia edirlər. Lakin bunu sübut edəcək kifayət qədər dəlil yoxdur.[6]

  1. Simon Kezai, Lázló Veszprémy, Frank Schaer (ed.), Gesta Hungarorum: The Deeds of the Hungarians (Central European Medieval Texts). Central European University Press, 1999.
  2. Hados was the ancestor of the Szokolvi family, see Marek, Miroslav. "A genealogy of the Szokoly branch". Genealogy.EU. 2021-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-09.. He is sometimes reckoned among the sons of Andrew.
  3. 1 2 3 Moritz Wertner, "Urgeschlechter in Siebenbürgen.", in Archiv des Vereins für siebenbürgische Landeskunde. Neue Folge, Bd. 29, Heft 1 (1899), Hermannstadt 1899, pp. 156-235 - also excerpted in Farin, Heroine des Grauens, p. 356-358.
  4. Marek, Miroslav. "A genealogy of the Ecsed branch". Genealogy.EU. 2008-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-09.
  5. Christian von Stramberg, Das Haus Báthory in seinen Verzweigungen bis auf den heutigen Tag, Berlin: Manuscript für Freunde des Hauses, 1853 - quoted in Farin, Heroine des Grauens, p. 354-356, 359-362.
  6. Elizabeth Miller, "Bram Stoker, Elizabeth Bathory and Dracula" Arxivləşdirilib 2011-05-17 at the Wayback Machine