Baxşəli Quliyev

Baxşəli İmamqulu oğlu Quliyev — Fizika-riyaziyyat elmləri doktoru, professor,[1][2]

Baxşəli Quliyev
azərb. Baxşəli İmamqulu oğlu Quliyev
Doğum tarixi (88 yaş)
Doğum yeri Tovuz rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Bərk Cisimlər Fizikası
Elmi dərəcələri Fizika-riyaziyyat elmləri doktoru,
Elmi adı Professor
İş yeri AMEA Fizika İnstitutu
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Ali

Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almış, 1964-1968-ci illərdə Leninqradda Elmlər Akademiyasının Yarımkeçiricilər institutunun aspirantı olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin assistenti, baş müəllimi, dosenti, professorudur (1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir).1968-1996 illərində Azərbaycan Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. Baxşəli Quliyev Bakı Dövlət Universitetində elmi şura üzvü, Bərk cisimlər fizikası üzrə müdafiə şurasının məsul katibi, 1996-cı ildən Türkiyənin Yüzüncü Yıl Uiversitetində fizika professorudur. 2015-ci ildən AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

  • Elmi əsərlərinin sayı-70
  • Xaricdə dərc olunan əsərlərinin sayı-40
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-20
  • Kadr hazırlığı-3 müdafiə olunmuş fəlsəfə doktoru
  • Elmi-pedaqoji fəaliyyəti-1968-1996 illərində Bakı Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr.
  • Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsi qurulmuşdur. Qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərilmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. Electron transport phenomena in conductive films, Phys.-Stat. Sol. (b) v121, 1984.

2. Non-monotonous behaviour of the Nernst-Ettngshausen effect in conductive films in a strong magnetic field, Sov. Phys.-Stat. Sol. v136, p. 743-748, 1986.

3. The negative magnetoresistance in anisotropy films, Sov. Phys.-Stat. Sol. v29, 1986.

4. Electron-phonon scattering and anisotropy of conductivity in Q2D systems, J. Phys. Condens. Mat. V7, 1995.

5. The Fermi energy and in-plane electron effective mass in semiconductive thin films with non-parabolic energy band, Physica B-Condensed matter v403, 2008.

6. The effect of nanoparabolicity of electron effective mass of size quantized semiconductor films, Modern Phys Lett. B v26 №30, 1250198, 2012.