Bayanşirə — Azərbaycanın ən qədim süfrə və texniki üzüm sortlarındandır. Meyvəsi ağ-sarı rəngdədir.
Üzüm (Vitis) | |
Bayanşirə | |
---|---|
Rəngi | ağ |
Mənşəyi | |
VIVC | 1049 |
Sort şərq qrupunun texniki üzüm sortları yarımqrupuna (convar orientalis subconvar caspica Negr.) aiddir.
Yarpaqları orta və iri ölçüdə olub (uzunluğu 18–23 sm, eni 18–23 sm), dəyirmi formadadır. Ayasının üzəri zəif qabarıq yaxud hamar olub, müstəvisi düzdür, 5 dilimlidir. Yuxarı kəsikləri orta dərinlikdə, deşiyi tam bağlı, yaxud enli ellipsvarı formada, bəzi hallarda isə açıq dar ağızlı liraşəkilli formada olur.
Gilələrinin tam yetişməsi sentyabr ayının axırlarına və oktyabr ayının əvvəllərinə təsadüf edir. Vegetasiya müddəti 164 gün davam edir. Kollarının böyümə gücü orta, yaxud yüksəkdir (195,4–232,0 sm). Zoğları yaxşı yetişir (95,6%). Çiçəklərinin tökülmə dərəcəsi 44,6%, salxımlarda noxudlaşmış gilələrin miqdarı 15,7% təşkil edir.
Sort Abşeron şəraitində oidium və antraknoz xəstəliyinə tolerantlıq (3–3,5 bal), boz çürümə xəstəliyinə isə davmlılıq (2 bal) nümayiş etdirir.