Baykonur kosmodromu

Baykonur kosmodromuSSRİ-nin, indi isə Rusiya Federasiyasının kosmodromu. Qazaxıstan Respublikasının Karaqanda vilayətindədir. Kosmik tədqiqatlar proqramını həyata keçirmək üçün Baykonurda start kompleksləri, ölçmə məntəqələri və s. var. 1955-ci ildə açılmışdır. Yerin ilk süni peyki Baykonurdan buraxılmış (1957), ilk kosmonavt Yuri Qaqarin (1961) kosmosa buradan uçmuşdur. Baykonur kosmodromu Qazaxıstan tərəfindən Rusiyaya 1994-cü ildə icarəyə verilib. Tərəflər arasında bağlanılmış icarənin müddəti 2050-ci ilə qədər hesablanıb. Hazırda Baykonur Rusiyanın tabeliyindədir və federal əhəmiyyətli statusu daşıyır. Rusiya Qazaxıstanın Baykonur kosmodromunun illik icarə haqqına görə 115 milyon dollar ödəyir. Bundan başqa Rusiya hər il 100 milyon dollar Baykonurun işlək vəziyyətdə saxlanılması üçün və 100 milyon dollar da kosmodromun fəaliyyəti üçün vəsait ayırır. Yəni Rusiya hər il Baykonur kosmodrumunun icarəsinə 315 milyon dollar vəsait xərcləyir.[1]

Rusiya Müdafiə Nazirliyi Baykonur kosmodromunun 2050-ci ilə qədər icarəsinə dair Rusiya və Qazaxıstan arasında imzalanmış müqavilənin vaxtından əvvəl dayandırılmasının mümkünlüyünü də qeyd edib. Bu kosmodromu Plesetskdə inşa olunan hərbi sınaq kosmodromunun, yaxud Amurda tikintisi planlaşdırılan Vostok kosmik poliqonunun əvəz edəcəyi gözlənir.[2]

  1. Rusiya Baykonurdan imtina edir? [ölü keçid]
  2. "Rusiya Qazaxıstandakı RLS-dən və Baykonur kosmodromundan da imtina edir". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.