Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[1][2][…], Kluşino[d], Qərb vilayəti[d][4] – 27 mart 1968[1][2][…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Yuri Qaqarin | |
---|---|
rus. Юрий Алексеевич Гагарин | |
Doğum tarixi | 9 mart 1934[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 1968[1][2][…] (34 yaşında) |
Vəfat səbəbi | təyyarə qəzası[d] |
Dəfn yeri | |
Milliyyəti | rus |
Təhsili |
|
Fəaliyyəti | pilot, kosmonavt, zabit, siyasətçi, tədqiqatçı-səyyah[d] |
Partiyası | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.
1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.
9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxl;nılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.