Bayonnez adaları (yap. ベヨネース列, fr. Bayonnaise) — İzu adalarının tərkibinə daxil olan vulkanik suxurlardan təkil olunmuş qayalıqlar. Su altı vulkanın bir hissəsini təşkil edir. Tokiodan 400 km cənubda yerləşir. Adalar ilk dəfə frsansızlar tərəfindən 1846-cı ildə kəşf edilmişdir. . Adalar qrupu onu kəşf edən fransız «Bayonnez» (fr. Bayonnaise) korvetinin şərəfinə adlandırılmışdır. İnzibati baxımından Tokio prefekturası Hatize dairəsinə daxildir. Adalarda yaşayış yoxdur.
Bayonnez adaları | |
---|---|
yap. ベヨネース列 | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 0,01 km² |
Hündür nöqtəsi | 9,9 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
31°53′00″ şm. e. 139°55′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sualtı vulkan Bayonnez 1100 metr dərinlikdə yerləşir. Su altında yerləşən kalderasının eni 8–9 km-dir. Kalderə su altı nəhəng vulkanın zirvəsini təşkil edir. Vulkanın sahəsi 2,6 min kilometrdir. Vulkanın aktivliyi əsasən şimal-şərq kalderasında müşahidıə edilir. Pyroclast axınının parçalanması vulkanın qübbəsinin formalaşması mantində dasit artımına aiddir.
23 sentyabr 1952-ci ildə vulkan yenidən püskürməyə başlamışdır. Onun araşdırılması məqsədi ilə əraziyə yapon alimləri göndərilir. Bu zaman özünün ən aktiv dönəmini yaşayırdı. Bölgəyə gələn alimlər gəmi ilə kraterə çox yaxınlaşmışdılar. Növbəti püskürmə zamanı gəmi çevrilir. 33 nəfərdən ibarət olan heyət həlak olur. Bir necə gündən sonra gəminin qalıqları vulkandan cənubda aşkar edilir. Bu püskürmə müxtəlif periodlarla 1953-cü ilin oktyabrına qədər davam etmişdir.
Vulkan özü haqqında məlumatı XIX əsrin ortalarından verir. Bu dövrdən etibarən indiyənə kimi vulkan 10 dəfələrlə püskürmüşdür. Vulkan sonuncu dəfə 1988-ci ilin martında vüskürmüşdür. Alimlər vulkanın səmadan müşahidə etmişlər. Hətta buradan belə suda 8 km radiusunda tünd-yaşıl ləkənin olması görünürdü. Vulkanın zirvəsi dəniz səviyyəsindən 43 metr aşağıda yerləşirdi. Vulkan siyan çoxlu miqdarda lava axıtmışdır.
Vulkan dəniz səviyyəsində 9.9 metr yuxarıya qədər ucalmışdır. Vulkan okean səthinə çıxaraq qayalıqlar əmələə gətir. Qayalıqlar inzibati baxımından Tokio prefekturası Hatize dairəsinə aiddir. Coğrafi cəhətdən isə İzu adalarına daxildir. Adalar isti Kurosio cərəyanının yolu üzərində yerləşir. Adalar ətrafında çoxlu sayda dəniz orqanizmləri yaşayır. Bitki örtüyü baxımından kasaddır. Adalar köçəri quşların yolu üzərində bir dayanacaq məntəqəsidir. Ətrafında yüz kilometrlərlə quru sahəsinin olmaması onun bu baxımdan əhəmiyyətini artırır. Adaların su üstü sahəsi 0,01 km² təşkil edir. Qayalıqlar gəmilər üçün böyük təhlükə mənbəyidir.