Bayquş evi (ing. The Owl House) — Dana Terras[ing.] tərəfindən yaradılmış cizgi serialı. 10 yanvar 2020-ci ildən 8 aprel 2023-cü ilə qədər Disney kanalında yayımlanmışdır.[2]
Bayquş evi | |
---|---|
ing. The Owl House | |
Janr | fantaziya teleserialı[d][1], dram teleserialı[d] |
Rolları səsləndirənlər | Aleks Hirş, Mey Uitmen, Tati Qabriel |
Studiya | Disney–ABC Domestic Television[d] |
Ölkə | |
Dil | ingilis dili |
Mövsümlərin sayı | 3 |
Seriyaların sayı | 43 |
Seriyanın müddəti |
22 dəq. (sezon 1-2) 46–55 dəq. (sezon 3) |
Rəng | rəngli |
Telekanal | Disney Channel, Disney XD |
Nümayiş |
10 yanvar 2020 – 8 aprel 2023 |
IMDb | ID8050756 |
Rəsmi saytı |
"Bayquş evi" LGBTQ+ personajların ön planda olduğu ilk Disney cizgi serialıdır. Serial tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilmiş, 2021-ci ildə "Peabody[ing.]" mükafatına layiq görülmüşdür.
Serial Luz Noseda adlı bir qızdan bəhs edir. O, dominikan əsilli 14 yaşlı amerikalıdır. Bir gün o, təsadüfən onu İblislər Aləmi kimi tanınan başqa bir dünyaya aparan xüsusi bir keçid tapır. O, buraya daxil olanda Qaynamış adalar (ing. Boiling Isles) adlı yerə gəlib çatır, burada o, "Bayquş Xanım" kimi tanınan Eda adlı ifritə və onun iblis yoldaşı King ilə dostlaşır. Luz cadugər olmaq arzusundadır, lakin onun heç bir sehrli gücü yoxdur. Buna baxmayaraq o, ruhdan düşmür və Bayquş Evində yaşayan Edadan cadugərliyin sirlərini öyrənməyə başlayır. Luz Bayquş Evindəki digər insanlarla dostluq edir və onlar onun üçün bir ailə kimi olurlar.[3]