Bayquşkimilər

Bayquşkimilər (lat. Strigiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.

Bayquşkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Dəstə:
Bayquşkimilər
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır. 1—8, bəzən 10—11-ə qədər yumurta qoyur. Əsasən siçan, həmçinin xırda onurğalı heyvan və cücülərlə qidalanır. Monoqam quşlardır. İki fəsiləyə – əsl bayquşlar və alabayquşlar ayrılır. 134 növü məlumdur. Antarktida və bəzi okean adalarından başqa butün qitələrdə olur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, qulaqlı (buynuzlu) bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşəbayquşu. Kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə görə xeyir verən quşlardır. Yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan vurur.