Bayram Şəmmədov

Bayram Şəmmədov (d. 20 mart 1996) — Azərbaycanlı uşu sandaçı. Bayram Şəmmədov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Bayram Şəmmədov
Şəxsi məlumatlar
Tam adı Bayram Şəmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
İdman növü Uşu

Karyerası[redaktə | mənbəni redaktə et]

Bayram Şəmmədov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bayram Şəmmədov, 1/4 final mərhələsində İordaniya idmançısı Yazeed Həsənain üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkiyə idmançısı Əli Ay üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Foroud Zəfəriyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]