Bayram (dərgi)

Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycanfars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi.

Bayram
Təsis tarixi 2007
Qərargah
Dil Azərbaycan dili, fars dili

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

"Bayram" dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir.

Jurnal iki dillidir, A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.

Dərgidə incəsənət, tarix, dilçiligə bağlı məsələlər, İran dilləri və özəlliklə türkcənin danışıq və ədəbi dilinə aid araşdırmalar, şeir, hekayə, ədəbi tənqid və mədəniyyətə aid rubrikalar var. Oxucuları əsasən Güney Azərbaycanın şimal-qərb vilayətlərinin sakinləri və Tehranda yaşayan türklər olan dərginin tirajı mövzuların aktuallığından asılı olaraq 1000 ilə 2000 arasında dəyişir.

Baş redaktorları

[redaktə | mənbəni redaktə et]

Dərginin təsisçisi və müdiri Əli Məhəmmədbəyanidir. Baş redaktoru aşağıdakı şəxslər olmuşdur:

  1. Əli Məhəmmədbəyani — 1–27-ci saylar
  2. Seyid Mürtəza Hüseyni — 28–35-ci saylar
  3. Əli Məhəmmədbəyani — 36–54-cü saylar
  4. Əliəsğər Ocaqlı — 55-ci saydan indiyədək
  • Enver Uzun. İran Türk Basınının 200 Yılı (1814–2014). İstanbul. 2014. 432. ISBN 978–6058829145.