Ənvər Uzun

Ənvər Uzun (türk. Enver Uzun; 18 iyul 1958, Ağcaabad, Trabzon ili) — Türkiyə ədəbiyyatşünası, folklorçusu, tərcüməçipublisisti. Filologiya üzrə elmlər doktoru 1997, Azərbaycan Yazıçılar Birliyinin üzvü 2005.

Ənvər Uzun
Doğum tarixi 18 iyul 1958(1958-07-18) (65 yaş)
Doğum yeri

Ənvər Uzun 18 iyul 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olmuşdur. 1969-cu ildə ibtidai məktəbi, 1972-ci ildə orta məktəbi, 1975-ci ildə litseyi bitirmişdir.

1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirmişdir. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərmişdir (1991–1996). Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olmuşdur (2002-2007).

Trabzon Yazarlar Birliyinin (1996), Anadolu Basın Birliyinin (2000), Dünya Gənc Türk Yazarlar Birliyinin (2002), Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvüdür.

O, "Beynəlxalq Muzeylər Birliyinin Azərbaycan Milli Komitəsi" (Bakı, 1993) və Trabzon Valiliyi Yöresel Kültürə Katkı xüsusi ödülünü (Trabzon, 2009) almışdır.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Orta məktəb illərində surətçıxarma üsulu ilə yayınlanan "Meşale" adlı şagird dərgisinin nəşrinə rəhbərlik etmişdir. İlk qələm təcrübələrini həmin dərginin səhifələrində sınaqdan çıxarmışdır. Daha sonra müxtəlif qəzet və dərgilərdə ədəbiyyat, sənət, tarix, folklor və idmanla əlaqəli yazılar yazmağa başlamışdır.

"Koroğlu" (1997) adlı ilk elmi araşdırması ciddi uğur qazanmışdır. "Asistentlərin eşqi" (2003) romanı təfriqə şəklində yayınlanmışdır. Romanda insanın şüuraltında yaşayan duyğu anaforunda nəzarəti qeyb etməsi lirik tərzdə bədii ifadəsini tapmışdır.

Xeyli sayda publisist, folklor və tarixi-coğrafi mövzulu yazıların müəllifidir.

Ənvər Uzunun araşdırmaların Azərbaycanın Güneyində (İranda) yaranan ədəbiyyat, folklor, mətbuat və s. kimi mövzular aparıcı yer tutur. Müəllifin elmi tədqiqatlarının bir qismi Azərbaycanda və İranda yayınlanmışdır.

Türkiyə, Azərbaycan və Avropa ölkələrində yayınlanan bir çox ədəbi dərgi və qəzetlərdə məqalələri dərc olunmuşdur.

Dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpozium, forum və seminarlara qatılmış, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatını layiqincə təmsil etmişdir.

  1. Köroğlu. "Eser Ofset", Trabzon: 1997
  2. Zerdüşt ve Ateşperestlik. "Eser Ofset", Trabzon: 1998, 142 s
  3. Hüseyin Cavid ve Türkiye Edebiyatı. "Güneş Neşriyatı", Bakü: 1999. 168 s.
  4. İran Türk Edebiyatında Başkaldırı. " Şefak Matbaacılık", İstanbul: 1999 /2006, 108s.
  5. 100 Güney Azerbaycan Şairi. "Eser Ofset", Trabzon: 2000, 125 s.
  6. Güney Azerbaycan Basın Tarihi (1816-2002), "Trabzon Türkocağı Yayını", Trabzon: 2003, 192 s.
  7. Asistanların Aşkı (Roman). "Türksesi Yayıncılık", Trabzon: 2003, 200 s.
  8. Akçaabat Yer Adları. "Akçaabat Belediyesi Yayını", 2. Baskı,Trabzon: 2004 / 2005. 134 s.
  9. Ermenistan’ın Ortaya Çıkışı (tərcümə). Trabzon: 2005, 29 s.
  10. Trabzon’da Sinema Kültürü. "Eser Ofset", Trabzon: 2006, 123 s.
  11. İran Türk folkloru. "Eser Ofset", Trabzon: 2007, 125 s.
  12. Trabzon Yer Adları. "Çelepler Matbaaçılık", Trabzon: 2007, 440 s.
  13. Rus Hesabatlarında Trabzon (1916-1918). "Eser Ofset", Trabzon: 2009, 90 s.
  14. Köroğlu. "Nedaye Şems," Tebriz: 2009, 260 s. (Farsça).
  15. Hatıralarla Ali Rıza Yıldız. "Eser Ofset", Trabzon: 2009, 84 s.
  16. Mehmedlu Abbasi (Makaleler Mecmuası). "Eser Ofset", Trabzon: 2009, 130 s.
  17. Kur’anı Kerim ve Etnikler. "Eser Ofset", Trabzon: 2010, 116 s.
  18. Bir Ömrü Yazdım. "Gündüz Ofset", Trabzon: 2011, 218 s.
  19. İran İzlenimlerim. "Eser Ofset", Trabzon: 2011, 120 s.
  20. Trabzon Üzerine Notlar. "Eser Ofset", Trabzon: 2011, 178 s.
  21. Trabzon’a Adanmış Bir Ömür (R. Karaağaçlı). "Eser Ofset", Trabzon: 2012, 216 s.
  22. İran Türk Basının 200 Yılı (1814-2014). "Eser Ofset", Trabzon: 2014, 431 s.
  23. Dumankaya Monografyası. "Mortaka Yayınları", Ankara: 2014, 200 s.
  24. MirzeTağı Ref’et Han. "Eser Ofset", Trabzon: 2017, 134 s.
  25. İran Türklerinde Meydan Temaşaları-Halk Ritüelleri."Eser Ofset", Trabzon: 2020
  26. Hatıralarda Ali Rıza Yıldız. "Trabzon Şairler ve Yazarlar Derneği yayını, No.1", Trabzon: 2009, 77 s.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Ali Şîr Nevai Hakkında Rivayetler. "Türk Dünyası Araştırmaları", İstanbul: 1998, 126 s.
  2. Rusya’nın Erzurum’daki Başkonsolosu Mayevski’nin Hatıraları, Trabzon: "Türkocağı Yayını", Trabzon: 2001, 35 s.
  3. Azerbaycan Muhaceret Edebiyatı (Aktarma). "Avrupa Yakası Yayınları", İstanbul: 2007, 224 s.
  4. Ruhun Ağrıları (Aktarma). "Avrupa Yakası Yayınları", İstanbul: 2009, 224 s.
  5. Güney Azerbaycan’ın Doğusundaki Yer Adları (Aktarma). İstanbul: 2010, 194 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Folklorşünaslıq məsələləri 2013 - XI buraxılış