Bayram Məmmədov

Bayram Məmmədov (1 mart 1995, Azərbaycan2 may 2021, Türkiyə) — azərbaycanlı ictimai-siyasi fəal; "Amnesty International"-ın tanıdığı sabiq siyasi məhbus.[1][2] Bayram Məmmədov və dostu, digər siyasi fəal Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar və həmin gündəcə Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olundular.[3] Nəticədə Bayram Məmmədov və Qiyas İbrahim 10 il müddətinə azadlıqdan məhrum edildi. 2019-cu cu il martın 16-da imzanan əfv sərəncamına əsasən Bayram və Qiyas azadlığa buraxıldı.

Bayram Məmmədov
Doğum tarixi 1 mart 1995(1995-03-01)
Doğum yeri
Vəfat tarixi 2 may 2021(2021-05-02) (26 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasi fəal[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bayram Məmmədov 1995-ci il martın 1-də anadan olub.

O, 2 may 2021-ci ildə Türkiyədə ölüb. Rəsmi açıqlamaya görə, o, dənizdə boğulub.[4]

Bayram Məmmədov və Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar.[3] Hər bir ifadənin aşağısında anarxistlərin rəmzidə yer aldı.[3] Həmin fotolar mayın 10-u səhər saatlarında sosial mediada və xəbər portallarında yayıldı.[3] Mayın 11-də isə gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin yoxa çıxması ilə bağlı məlumatlar yayıldı.[3] Bununla belə, rəsmi məlumat yalnızca mayın 12-də verildi.[3]

Həbs edilməsi

[redaktə | mənbəni redaktə et]
Bayram Məmmədov 2016-cı ildə

İctimai TV-nin efirində Bayram Məmmədov və Qiyas İbrahim adlı şəxslərin Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup tərəfindən və külli miqdarda törədiləndə) ilə ittihamı saxlanıldığı bildirildi.[3] Həmçinin rəsmi məlumatı əsasən onların hər birindən 1 kiloqramdan artıq heroin tapıldığı və götürüldüyü bildirildi.[3] Həm Bayram Məmmədovun, həm də Qiyas İbrahimin aztəminatlı ailədən olması və onlardan bu miqdarda maddələrin əldə edilməsi ilə bağlı olan rəsmi məlumat cəmiyyətdə birmənalı qarşılanmadı, bu həbs həm yerli media, həm də beynəlxalq media tərəfindən, həmçinin hüquq müdafiəçiləri, yerli və beynəlxalq qurumlar tərəfindən saxta hesab edildi, cinayət işinin isə siyasi motivli olduğunu bildirildi.[3]

Gənclər saxlanıldıqları zaman və sonra döyüldülər, həm Bayram, həm də Qiyas qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qaldılar.[3] Mayın 12-də Xətai rayon Məhkəməsində İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə Bayram Məmmədov və Qiyas İbrahim üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edildi.[3]

Mayın 12-də "Freedom House", 16-da isə "Amnesty International" Bayram Məmmədovun və Qiyas İbrahimin həbsini qınadı və onların həbsindən narahat olduğunu bildirdi.

Mayın 19-da Apelyasiya Məhkəməsində Bayram Məmmədov və Qiyas İbrahimin 4 aylıq həbs-qətimkan tədbiri ilə bağlı verilən apelyasiya şikayətə baxıldı.[3] Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə onların şikayəti təmin edilmədi.[3]

Azərbaycan Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı ilə Bayram Məmmədov və Qiyas İbrahim əfv edildi.[5][6] Onlardan savayı 51 nəfər siyasi məhbus da əfv edildi. Martın 17-i səhər saatlarında isə Bayram Məmmədovun 2 il, 10 ay və 6 gün davam edən həbs həyatı başa çatdı və o, Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 13 saylı həbsxanadan azadlığa buraxıldı.

  1. "Bayram Məmmədov: "Əgər Vətən Heydər Əliyev Fondudursa..."" (az.). 8 dekabr 2016. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  2. "Azerbaijan: Recently re-jailed prisoner of conscience says he's being tortured" (ingilis). 3 mart 2019. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Azərbaycanda siyasi məhbuslar: Vahid Siyahı/Hesabat. (az.)" (PDF). www.smdtaz.org. Archived from the original on 2022-03-05. İstifadə tarixi: 22.03.2019-cu il.
  4. "Türkiyə polisi: Bayram Məmmədovun ölümü "şübhəli ölüm deyil". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-09.
  5. "Azerbaijani activist Bayram Mammadov out of jail, serves term immediately after pardon". JAMnews (ingilis). 29 aprel 2019. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  6. "Bayram Məmmədov və Qiyasəddin İbrahimov: "Qərar ədalətli və gözlənilən idi"". BBC News Azərbaycanca (az.). 13 fevral 2020. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]