Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar.
Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər.
Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir:
"Bayram yeli çardaxları yıxanda
Novruzgülü qar çiçəyi çıxanda
Ağ buludlar köynəklərin sıxanda
Bizdən də bir yad eliyən sağ olsun
Dərdlərimiz qoy dikəlsin dağ olsun."