Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.[1]
Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq
üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib.[1] Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şirkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir. Bu şirkət bir patent (qeyd nömrəsi: 100385)[2] və bir sanaye dizaynına (qeyd nömrəsi: 44516)[3] xüsusi hüquq əldə edib.
Nasir Mənzurinin fəaliyyəti iki istiqamətə bölünür: yazıçılıq və dilçilik. Onun yaradıcılıq fəaliyyəti bədii və elmi istiqamətdədir. Mənzurinin həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir. O, öz əsərlərini 3 dildə - azərbaycanca, ingiliscə və farsca yazır.[1]
Fel sərfi və fel quruluşunun analizi üçün idraksal modular alət (İngiliscə, Türkcə, Ərəbcə və Farsca üçün), qeyd nömrəsi 100385, qeyd tarixi 2020-12-17[2]
Nasır Menzurinin "Avava" romanı üzerine bir inceleme. Sedef Ahençe, yüksek lisans tezi, Celal Bayar Üniversitesi Sosyal Bilimler Enstitutu Yeni Türk Edebiyyatı dalı, 2010
Rəhim Əliyev, Yazıçı və alim Nasir mənzuri, "Ədəbiyyat Qəzeti" jurnalı. N 29 (4884), 2013.
Yazıçı və Alim, Ədəbiyyat Qəzeti, No 29 (4884), Baku, 2013
Cənubi Azərbaycan Ədəbiyyatı Tarıxı XX əsr, II cild s. 617, Azərbaycan Milli Elmlər Akademiyası, 2013
Nasır Menzuri Hayatı, Edebi Kişiliyi və Karaçuha Romanı, Nazanin Zolfaghari, Yüksek Lisans Tezi, T.C., Ege Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Türk Dünyası Edebiyatı ABD, 2013