Bayraqtutan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 17 km uzaqlıqdadır. İqlimi kontinentaldır.
Bayraqtutan | |
---|---|
40°00′40″ şm. e. 43°55′12″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1324 (2007) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 76000 |
Kənd əhalisi Oğuzların 24 boyundan biri və Mahmud Qaşğarlının Divanı Lüğəti-Türk əsərində qeyd olunan iyirmi iki Oğuz boyundan ondördüncüsü İğdırlara mənsub Azərbaycan, Dağıstan və İran Xorasan türklərindən ibarətdir.
Kəndin əvvəlki adı Ərəbkirli olmuşdur. 1980-ci ildə kəndin adı Bayraqtutan olaraq dəyişdirilmişdir. Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönəmdə geri dönmək başlamışdır.
İğdırdan 17 km uzaqlıqdadır. Kəndin şərqində Hakmemet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Küllük kəndləri, şimalında Ermənistan yerləşir. Kənd sulama kanallarının başladığı ərazidə olduğundan tamamilə yaşıla bürünmüşdür
Kənd əhalisi azərbaycan türklərindən ibarətdir.
İllərə görə kənd əhalisi | |
---|---|
2007 | 1324 |
2000 | 807 |
1997 | 941 |
Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir. Meyvəçilik daha çox üstünlük təşkil edir.
Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi olsa da, kanalizasiya yoxdur. Sağlamlıq ocağına sahibdir. Kəndə gedən yol asfaltlaşdırılmamışdır. Elektrik və telefon xətləri vardır.