Baytszo

Baytszo (çin. ənən. 白左; mənası – sol)[1] — əsasən ağdərililərin müdafiə etdiyi Qərbin liberal hərəkatlarına xitab edən, Çin dilində olan təhqiredici neologizm və siyasi epitet.[2][3][4] Baytszo sözü "Şenmu" (çin. ənən. 圣母, 聖母; mənası – "müqəddəs ana" və ya "Müqəddəs Məryəm") sözü ilə əlaqəlidir, hansı ki, siyasi nöqteyi-nəzərləri emosiyalar, eləcə də fədakarlıq və şəfqətin riyakarcasına nümayişi vasitəsilə idarə edilənlər üçün nəzərdə tutulmuş sarkastik bir deyimdir.[3]

Baytszo sözü 2010-ci ildə "Qərbin ağ solunun və Çinin vətənpərvər alimlərinin saxta mənəviyyatı" (çin. ənən. 西方白左和中国爱国科学家的伪道德) adlı bir məqalənin "Renren Network" şəbəkəsində yayımlanması ilə yaranmışdır. 2013-cü ildən sonra bu sözdən çox da istifadə edilməmişdir. Ümumiyyətlə, bu sözdən 2015-ci ilə kimi istifadə edilmişdir.[5]

Sözün Çin internet mədəniyyətində istifadəsinə 2016-cı ildə start verilmişdir. Baytszo sözü ABŞ-nin Çin əsilli əhalisi tərəfindən istifadə olunan "MIT BBS" bülleten lövhə sistemində, 2016-cı il ABŞ Prezident seçkiləri ərəfəsində işlənmişdir. Bu söz burada Demokrat Partiyasının etnik azlıqlarla bağlı apardığı siyasət tənqid edilmişdir, çünki onların fikrinə görə, liberallar asiyalılara pis münasibət göstərirdilər.[5]

Termin 2016-cı il ABŞ Prezident seçkilərindən sonra Qərb mediasının ikili standartlarına istinad etmək üçün istifadə edilmişdir. Termin internetdə ingilisdilli istifadəçiləri təhqir etmək üçün də istifadə olunur.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "福克斯台给美国大众普及:中国人说的"白左"是什么意思…". video.sina.com.cn (çin). Sina Video. 21 may 2017. 10 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.
  2. Qu, Qiuyan. "Chinese derogatory social media term for 'white left' Western elites spreads". globaltimes.cn (çin). Global Times. 21 may 2017. 25 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.
  3. 1 2 Jan, Çençen. "The curious rise of the 'white left' as a Chinese internet insult". opendemocracy.net (çin). openDemocracy. 11 may 2017. 10 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.
  4. "这个词,让中国向西方逆向输出了一次价值观(组". iAsk.ca (çin). iAsk. 20 may 2017. 25 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.
  5. 1 2 Fan, Keçen. "方可成:"白左"污名化与社会达尔文主义". szhgh.com (çin). Red Song Society. 10 dekabr 2017. 6 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.
  6. Jan, Yi. "Chinese baizuo gibe a rebuttal to West's moral superiority". globaltimes.cn (çin). Global Times. 22 may 2017. 29 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2020.