Bazar qiymətləndirməsi
Bazar qiymətləndirməsi (Mark to market) (MTM)
- Aktiv və öhdəliklər kimi müəyyən dövr ərzində dəyişə bilən hesabların ədalətli dəyərinin ölçülməsi. Bazar qiymətləndirməsinin məqsədi təşkilatın və ya şirkətin cari maliyyə vəziyyətinə dair real qiymətləndirmənin aparılmasıdır.
- Qiymətli kağızların, portfelin və ya hesabın uçot dəyərinin deyil, cari bazar dəyərinin və ya qiymətinin qeyd olunması üçün aparılan mühasibatlıq əməliyyatı.
- Birgə fondun xalis aktiv dəyərinin (XAD) ən son bazar qiymətləndirməsi əsasında müəyyən edilməsi.[1]
- ↑ MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.40