Bazel FK

"Bazel"İsveçrənin Bazel şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Footballclub Basel 1893"dür.

Bazel FK
FC Basel
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) FCB, Bebbi, RotBlau
Yaranma tarixi 1893
Stadionu Sankt-Yakob Park stadionu
2023-24 8.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Bazel" 1893-cü ildə yaradılıb. Maraqlıdır ki, 1893-cü il noyabrın 15-də yaranan komandaya ilk futbolçular qəzetdə verilən elan nəticəsində yığılıb. İlk 40 il ərzində "Bazel" heç bir uğur qazana bilməyib. Komanda ilk uğuruna yalnız 1933-cü ildə ölkə kubokunu qazanmaqla nail oldu. İlk çempionluğu gözləmək üçün isə daha 20 il lazım gəldi. 1967-ci ildən 1980-cı ilə qədər olan dövr "Bazel" üçün çox uğurlu alındı. Bu müddət ərzində "Bazel" 7 dəfə ölkə çempionu adını qazandı. Lakin 1980-cı ildən etibarən komanda yenidən "qara zolağ"a düşdü. Növbəti çempionluğu isə azarkeşlər 14 il gözləməli oldular.

2001-ci ildə "Bazel"in yeni stadionu – möhtəşəm "Sankt-Yakob Park" stadionu istifadəyə verildi. Bununla da komandanın işləri də yenidən qaydasına düşdü. 2001-ci ildə "Bazel" həm çempion oldu, həm də kuboku qazandı. 2005-ci ildə isə "Bazel" UEFA Kubokunda ¼ finaladək irəliləməyi bacarıb. "Bazel"in baş məşqçisi almaniyalı mütəxəssis Torsten Fink, klubun prezidenti isə Qisela Oiridir. Komanda ev oyunları zamanı qırmızı-göy zolaqlı, səfər matçlarında isə boz rəngli formayla meydana çıxır.

Bu günədək "Bazel" avrokuboklarda ümumilikdə 140 matç keçirib. Bunlardan 59-da qələbə qazanan "Bazel" 30 dəfə heç-heçə oynayıb, 51 dəfə isə uduzub. 245 qol vuran komanda öz qapısından 219-u buraxıb.

Ötən mövsüm komanda ölkə çempionatında üçüncü yeri tutub.