Sankt-Yakob Park stadionu

Sankt-Yakob Park stadionuİsveçrədə, Bazel şəhərində stadion.

Sankt-Yakob Park stadionu
Xəritə
Yeri İsveçrə Bazel
Açılış tarixi 15 mart 2001
Sahibi Bazel
Tamaşaçı tutumu 42 500
Ev sahibi komanda Bazel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bazel klubunun ev oyunlarını keçirdiyi "Sankt-Yakob Park" stadionu Avropada məşhur arenalardandır. Bazel şəhərində yerləşən və 42500 tamaşaçı tutumuna malik "Sankt-Yakob Park" UEFA-nın 4 ulduzlu stadionlarındandır. Komanda yarandığın ildə, yəni 1893-cü ildən ev oyunlarını burada keçirsə də, stadion 12 il öncə köhnə arena – "Yoqqeli"nin yerində tikilib.

Ölçüsü 68x105 m olan "Sankt-Yakob Park"da son Avropa çempionatının (AÇ) final mərhələsində 6 oyun keçirilib. Bunlardan ikisi qrup, ikisi 1/4, biri isə yarımfinal oyunu olub. Turnirin final mərhələsinin qarşılaşmaları üçün yenidənqurma işlərindən sonra 2001-ci ildə açılışı olan arenada bütün tribunaların üstü örtülüdür.

Bazel klubunun stadionu AÇ-nin final mərhələsinin tarixinə düşüb. Belə ki, təşkilatçılar meydanın ot örtüyünü elə turnirin gedişində dəyişməli oldu. Bu, iyunun 11-də Türkiyə yığmasının İsveçrə ilə görüşü zamanı baş verib. Güclü leysanın yararsız hala saldığı stadionun ot örtüyünü UEFA-ya 200 min avroya başa gəlib. Həmin görüşdə hesabda geridə olan türkiyəlilər əzmkar, vacib qələbə (2:1) qazana biliblər.

Sözügedən qitə birinciliyinin ən sürpriz nəticələrindən biri də məhz "Sankt-Yakob Park"da reallaşıb. Söhbət iyunun 21-də RusiyaNiderland arasında keçirilmiş final oyunundan (3:1) gedir. Ruslar əlavə vaxtda vurduğu iki qolla, gözlənilməz qələbə qazanaraq, turnirin favoritlərindən birini mübarizədən kənarlaşdırıb. Bu, Rusiyanın dünya və Avropa çempionatının pley-off mərhələsində ilk qələbəsi kimi yadda qalıb. Ruslar yarımfinalında uduzmalarına baxmayaraq, məhz Bazel klubunun stadionundakı qalibiyyət sayəsində AÇ-nin bürünc medallarına yiyələniblər.

Tarix Saat (CET) Komanda Nəticə Komanda Mərhələ Tamaşaçı
7 iyun 2008
18.00
İsveçrə İsveçrə
01
Çexiya Çexiya
A qrupu
39,730
11 iyun 2008
20.45
İsveçrə İsveçrə
12
Türkiyə Türkiyə
A qrupu
39,730
15 iyun 2008
20.45
İsveçrə İsveçrə
20
Portuqaliya Portuqaliya
A qrupu
39,730
19 iyun 2008
20.45
Portuqaliya Portuqaliya
23
Almaniya Almaniya
¼ final
39,374
21 iyun 2008
20.45
Niderland Niderland
13 ə.v
Rusiya Rusiya
yarımfinal
38,374
25 iyun 2008
20.45
Almaniya Almaniya
32
Türkiyə Türkiyə
yarımfinal
39,374
Sankt-Yakob Park stadionu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]