Bazel Hartabil (ərəb. باسل خرطبيل; 22 may 1981, Dəməşq – ən tezi 3 oktyabr 2015[2], Dəməşq) – Suriya və Fələstin əsilli açıq kod proqram-təminatçısı, aktivist.
Bazel Hartabil | |
---|---|
ərəb. باسل خرطبيل | |
Doğum tarixi | 22 may 1981 |
Doğum yeri | |
Yoxa çıxıb | |
Vəfat tarixi | ən tezi 3 oktyabr 2015[2] |
Vəfat yeri | |
Fəaliyyəti | proqram yaradıcısı, mühəndis, proqram təminatı mühəndisi, informatik, siyasi fəal[d], bloger[d], vikipediyaçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Azad proqram təminatı və azad internet şəbəkəsinin genişlənməsi istiqamətində fəaliyyət göstərən Hartabil 2012-ci ilin 15 mart tarixində Suriya vətəndaş müharibəsinin ildönümündə hökumət qüvvələri tərəfindən Dəməşq şəhərində həbs edilərək Adra həbsxanasına salınmışdır.[4] Həbs oldunduğu tarixdən 2015-ci ilin 3 oktyabr tarixləri arasında naməlum yerə aparılaraq, hərbi məkhəmə tərəfindən mühakimə olunduğu ehtimal edilməkdədir.[5][6] 2015-ci ilin 7 oktyabr tarixində Human Rights Watch və digər 30 beynəlxalq təşkilat tərəfindən Hartabilin harada saxlanılması ilə bağlı açıqlama yayımlandı.[7]
2015-ci ilin 11 noyabr tarixində isə Bazel Hartabilin gizli şəkildə edam olunması ilə bağlı iddialar ortaya atıldı.[8][9] 2017-ci ilin avqust ayında yoldaşının facebookda[10][11] yazılmış statusa əsasən Bazel 2015-ci ildə həbs olunduqdan dərhal sonra rejim gücləri tərəfindən edam edilmişdir.[12][13] 1981-ci ilin 22 mayında Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olan Hartabil Azad proqram təminatı sahəsində mütəxəssisə çevirlməyi bacarmışdı. Creative Commonsun Suriya üzrə rəhbəri olan proqramçı Mozilla, Vikipediya və Openclipart kimi layihələrə də öz dəstəyini vermişdir.[14]