Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır.[2]
Beş qardaş | |
---|---|
بشقارداش | |
37°24′41″ şm. e. 57°18′05″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır.
Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur.[3]
Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.