Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali.
Yarməhəmməd xan Şadlı | |
---|---|
Yarməhəmməd xan Şadlı | |
Digər adları | Sərdari-Müvəxxəm |
Doğum tarixi | |
Doğum yeri | Şimali Xorasan ostanı əyaləti, Bocnurd, Şadlı eli |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | sərkərdə |
Vikianbarda əlaqəli mediafayllar |
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı.
Atasından sonra elbəyi təyin edilmişdi.
Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi.
Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu.
Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi. Bocnurdun xan və ağaları onu separatizmdə qınayaraq gözdən saldılar.
Yarməhəmməd xanın Əmənulla xan adlı oğlu vardı.