Beşbarmaqlı cırtdan ərəbdovşanı (Cardiocranius paradoxus Satunin) — nadir növdür.
Beşbarmaqlı cırtdan ərəbdovşanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Beşbarmaqlı cırtdan ərəbdovşanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xırda ölçülü ərəbdovşanı. Bədəninin uzunluğu 5,8–7,5 sm. Quyruğun uzunluğu 7,3–7,7 sm. Özünəməxsus quyruğu var: əsasında incə, ən yoğun yeri ortasında(8–12 mm diametrdə) və tədricən, kiçik fırçası olan ucuna yaxın, incələşir. Quyruğun yoğunlaşması piy qatları hesabına baş verir. Başı qeyri-mütənasib böyükdür. Gözləri iridir. Vibrissaları çox inkişaf edib. Ön və geri əzaları beşbarmaqlıdı. Daban altında sərt tükləri var. Tük örtüyü nisbətən hündür, sıx və yumşaqdır. Beli qum rəngindədir, qarnı isə ağ. Quyruğu üst tərəfdə açıq-palıdı, altda ağdır.
Çinin şimal-qərbində, Şimali Qobidə, Cunqar Qobisində, Rusiya Federasiyasında Tuvada, Qazaxıstan yaylasında Balxaşdan 60 km. şimalda, iki sahəsi Bektausun şimal dağətəklərində, və ola bilər Krakenelidə yaşayır. Əsasən xırda-şeben səhralarda yaşayır. Adda-budda bitən yovşanlı ot örtüyü olan bərk qruntda olmağa üstünlük verirlər. Axşam, gecə və səhər tezdən fəaldırlar. Özlərinin ya da başqa gəmiricilərin qazdıqları(dərinlikləri 45 sm, uzunluğu 1 metr olan) yuvalara sığınırlar. Yuvanın girişini qruntdan olan tıxacla bağlayırlar. Sentyabrdan aprelin ortasına qədər qış yuxusuna gedirlər.
Əsasən taxılın dənləri ilə qidalanırlar.
Çoxalmaları öyrənilməyib. Ola bilər dişilər ildə bir dəfə yayın əvvəlində balalayırlar. Laktasiya iyulun əvvəlində qeyd olunub (Tuva). Gənc ərəbdovşanları gələn yaza cinsi yetkinliə çatırlar.
Düşmənləri: bütün gecə yırtıcılarıdır.
Çox nadirdir. Qazaxıstan dağlıqında 27 km. marşrutda biri rast gəlinir.