Beşerkəkcikli söyüd

Beşerkəkcikli söyüd — (lat. Salix pentandroides A. Skvots.). söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü.

Beşerkəkcikli söyüd
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Beşerkəkcikli söyüd
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

10–15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yaöışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir. Yarpaqları lansetvari və ya enli-lansetvridir, parlaqdır, ucu çəpinə sivridir. Hamaşçiçəkləri silindrşəkillidir, sıxdır. Erkəkcik sırğaları sərbəstdir, erkəkcikləri 4(3)-8-dir. Dişicik sırğaları sallaqdır, çiçək ballıqları 2-dir. Qutucuğu qısa saplaqlı, 10–11 sm-ə qədər uzunluğundadır, parlaqdır.[2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyun-iyul aylarına, meyvəverməsi avqust-sentyabr aylarına təsadüf edir.[4]Yuxarı dağ qurşağına qədər çay sahillərində az-az rast gəlinir. Tozlanması anemofil və entomofildir. Rütubətli yerlərdə bitir. Dekorativ və nektarlı bitkidir, bənd vurulmasında istifadə olunur. Qiymətli aşılayıcıdır. Qabığında və yarpaqlarında salisin vardır.[3]

Yayılması[redaktə | mənbəni redaktə et]

Göy-göl rayonu ərazisində çox az rast gəlinir. Kiçik Qafqazın şimal hissəsidir (Göygöl sahili).[1][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın ehtiyatı azdır. Yegane lokalitetində iqlim və antropogen təsirlərinə həssaslıq müşahidə olunur.[1]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Təbii bərpasının zəif getməsidir.[1][2]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Göygöl Milli Parkında mühafizə olunur.[1]

Sinonimlər[redaktə | mənbəni redaktə et]

Salix pentandrifolia Sennikov

Salix skvortsovii Sennikov

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://dendrary.in-baku.com/?page_id=112 Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine

  1. 1 2 3 4 5 http://redbook.az/?options=project&id=Be%C5%9Ferk%C9%99kcikli%20s%C3%B6y%C3%BCd[ölü keçid]
  2. 1 2 3 Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 Флора Азербайджана, 1970
  4. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov.
  5. Əsgərov A. M., 2006