Beşiktaş terror hücumu (türk. Beşiktaş saldırıları) - Türkiyənin İstanbul şəhərindəki Beşiktaş səmtində[4] 2016-cı ilin 10 dekabr tarixində yerli vaxtla saat 22:29 iradələrində gercəkləşdirilmiş silsilə terror hücumları. Terror hücumları Beşiktaş səmtinin iki bölgəsində; Beşiktaş PFK-nin stadionu olan Vodafone Arena və Maçka Demokratiya Parkının yaxınlığında kamikadzelərin özlərini partlatması nəticəsində törədilmişdir.
Beşiktaş terror hücumu | |
---|---|
Türkiyə-İŞİD münaqişəsi | |
Hücum yeri |
Beşiktaş, İstanbul, Türkiyə |
Vaxt |
10 dekabr, 2016 22:29 (UTC+3) |
Silah | partlayıcılar |
Həlak olanlar | 38[1] |
Yaralılar | 166+ |
Təşkilatçılar | TAK[2] |
Şübhəlilər |
İŞİD PKK[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Terror hücumu nəticəsində 38 nəfər[5] həlak olmuş və 166 nəfərdən[6] çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həlak olan 38 nəfərdən 30 nəfəri polis əməkdaşı, 1 nəfəri dinc sakin olduğu müəyyənləşdirilib.[7] Hadisələrin səhərisi gün 11 dekabr tarixində Türkiyədə bir günlük milli matəm elan edilərək, dövlət bayraqları yarıya qədər aşağı salınmışdır.
2016-cı il Beşiktaş terror hücumuna görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsədə, Türkiyə hökuməti hadisəni törədilməsində İraq Şam İslam Dövlətinin və ya Kürdüstan Fəhlə Partiyasının əli ola biləcəyini ehtimal edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbul şəhərinin Beşiktaş səmtində baş vermiş terror hücumu ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.[8]
Türkiyədə Kürd məsələsinin həllinin müzakirələri sürətləndikdən sonra Kürdüstan Azadlıq Şahinləri (TAK) Türkiyə daxilində həyata keçirdiyi terror aktlarını ara verdiyini açıqladı. 2015-ci ilin iyun ayında (türk. çözüm sürecinin) sona çatması, Türkiyə polisi tərəfindən müxtəlif əməliyyatların keçirilməsi PKK-nın yenidən aktiv fəaliyyətə keçməsi ilə nəticələndi. 2016-cı ilin 10 dekabr tarixində İstanbul şəhərinin Avropa səmtində yerləşən Beşiktaşda törədilmiş terror hadisəsi Türkiyə Super Liqasının növbəti turu çərcivəsində keçirilmiş Beşiktaş - Bursaspor oyundan sonra baş vermişdir. İlk bomba yüklü maşın Vodafone Arenanın qarşısında partladılmışdır.[9] Avtomobil partladılarkən 300-400 kq həcmində dəmir qəlpələrin ətrafa səpələndiyi ehtimal olunur.[7][10]
Bursaspor azərkeləşirinin stadionu tərk edərkən baş verən partlayışda həlak olanların əksəriyyəti ərazidə təhlükəsizliyi təmin edilməsinə məsul olan polis əməkdaşlarıdır.[11] Bursaspor klubu rəsmi Tvitter hesabından açıqladığı məlumatda həlak olanlar və ya yaralananlar arasında klubun azərkeşlərinin olmadığını bildirmişdir.[12] İlk partlayışdan sonra ikinci partlayış Beşiktaş səmtində yerləşən Maçka Parkında baş verib. Parkda baş vermiş partlayış, Vodafone Arenanın qarşısındakı partlayışdan 45 saniyə sonra gercəkləşdirilib. Bel çatnası olan kamikadze şübhəli hərəkətləri ilə ərazinin mühafizəsini təşkil edən polisin diqqətini cəlb edib və ona dur əmri verilib. Şübhəli ona verilən əmrə əməl etməyərək özünü partlatmağa fürsət tapıb və nəticədə dörd polis əməkdaşı və bir nəfər dinc sakin həlak olub. Hər iki partlayışın səsi İstanbulun Üsküdar səmti və Asiya yaxası tərəfdə belə eşidilib.
Beşiktaş PFK yayımladığı açıqlamada klubun iki əməkdaşının Vodafone Arenanın qarşısındakı partlayışda həlak olduğunu açıqlayıb. Vodafone Arenada rəhbər vəzifədə çalışan Vəfa Qaraqurdu və Beşiktaş PFK-nın fan dükkanın satıçısı, klubun konqress üzvü Tunç Uncu həlak olanlar arasındadır. Ankarada tibb üzrə təhsil alan Berkay Akbaşda ilk partlayış nəticəsində həlak olanlar arasındadır.[13]
Azərbaycan - İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!. - Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. |