Beatris Ohanessyan (15 mart 1927, Bağdad – 17 iyul 2008) ― iraqlı-erməni pianoçusu. O, İraqın ilk konsert pianoçusu və ilk qadın bəstəkarıdır.[1]
Beatris Ohanessyan | |
---|---|
erm. Բեատրիս Հովհաննիսյան | |
Doğum tarixi | 15 mart 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 2008 (81 yaşında) |
Təhsili | |
Fəaliyyəti | bəstəkar, musiqiçi, pianoçu |
Ohanessyan 1927-ci ildə Bağdadda imkanlı erməni ailəsində anadan olub. İranda anadan olan atası bir müddət Hindistanda britaniyalılarla işləyəndən sonra Bağdada köçdü.[2] Hər iki valideyni onu musiqi öyrənməyə təşviq etmişdir.[1] Ohanessyan İncəsənət İnstitutuna qəbul alaraq orada fortepiano ixtisası üzrə məzun oldu.[3] Təhsil müəssəsini bitirdikdən sonra Rumıniya fortepiano professoru Jülyen Hertsin köməkçisi vəzifəsini icra edirdi.[4] İraq hökumət təqaüdü ona Londonda Kral Musiqi Akademiyasında professor Maks Pirani ilə təhsilini davam etdirməyə imkan verdi.[3] Dörd il sonra akademiyanın fortepiano ifaçılığı və pedaqogika üzrə lisenziyası ilə yanaşı mahnı oxuma üzrə ikinci ixtisas dərəcəsi aldı.[4] Daha sonra o, Nyu-York şəhərində yerləşən Culyard musiqi məktəbinə qatılmaq üçün Fulbrayt təqaüdünü qazandı və oradaki təhsilini Karnegi Holda debüt çıxışı ilə sona çatdırdı. İraqda baş verən 14 iyul inqilabından sonra onun təqaüdü bir il daha uzadıldı.[4]
ABŞ-də olarkən Ohanessyan Minnesota ştatında qardaşı Arşam və onun həyat yoldaşını ziyarət etmişdir. Orada Minnesota orkestri ilə birlikdə çıxış edirdi və Amerikada qalması təşviq olunurdu. Lakin Ohanessyan İraqa dönmək ehtiyacını hiss edirdi
Ohanessyan daha sonra Bağdad İncəsənət İnstitutunun fortepiano bölməsinin rəhbəri təyin edildi. Yay tətillərində müxtəlif ölkələrdə "master klass" dərslərində və musiqi seminarlarında iştirak edirdi.[3] 1961-ci ildə İraq Milli Simfonik Orkestrinin aparıcı konsert pianoçusu oldu və otuz ildən çox bu vəzifəni icra etdi.[1] 1969-1972-ci illərdə eyni vaxtda Minnesota Universiteti və Makalester kollecində dərs deyirdi.[3] 1980-ci ildə İraq-İran müharibəsi zamanı İraqın qərb stilində ilk kompozisiyasını yazdı.[4] Onun işləri prezident Səddam Hüseyn də daxil olmaqla İraq rəsmilərinin diqqətinə çəkdi. Ondan nailiyyətlərinə görə hansı mükafat arzuladığını soruşanda, daha yaxşı piano istədi.[5] Hədiyyə olaraq ona Steinway markalı royal verildi, hansını ki birinci Körfəz müharibəsindən sonra ABŞ-yə köçdükdən sonra ölkəsində geridə qoydu. Ölümündən əvvəl öncəki bahar fəslində İraq Milli Simfonik Orkestrindəki dostlarından birinin saxladığı piyano nəhayət Minessotaya çatdırıldı.[6]
1994-cü ildə Ohanessyan qardaşı Arşam və bacısı Sitaya qoşularaq Minneapolis-Seynt-Pol şəhərində məskunlaşaraq daimi olaraq ABŞ-yə köçdü. O, yenidən Minnesota Universitetində, Makalester kollecində və Sent Tomas Universitetində dərs deməyə başladı.[5] Ohanessyan 17 iyul 2008-ci ildə 81 yaşında Bluminqtonda xərçəngdən vəfat etdi.[5]