İnformatika üzrə Beynəlxalq Bebras Müsabiqəsi bütün dünyada orta məktəb şagirdləri üçün hər ildə bir dəfə keçirilən informatika müsabiqəsidir. 2024-ci ildə 93 üzv ölkə və 2,5 milyondan çox tələbənin iştirak etdiyi müsabiqə kompüter elmləri üzrə dünyanın ən böyük yarışması sayılır. [1]
Bebrasın ideyası ilk dəfə Litvada Vilnüs Universitetinin professoru Valentina Dagiene tərəfindən düşünülüb. Bebras Litva dilində "qunduz" deməkdir.
İlk Bebras müsabiqəsi Litvada 2004-cü ildə keçirilmişdir. Daha sonra digər ölkələrdə qoşulmuşdur. Hazırda dünyanın 50-dən çox ölkəsində hər il Bebras müsabiqəsi keçirilməkdədir.[2]
Bebras müsabiqəsi zamanı şagirdlərə 15 tapşırıq verilir. Onlar 40-45 dəqiqə ərzində bu tapşırıqları yerinə yetirməlidirlər. Tapşırıqlar hər biri 5 ədəd olmaqda “asan”, “orta” və “çətin” kateqoriyalarına bölünür. Əksər ölkələrdə müsabiqə hər bir iştirakçının işini avtomatik qiymətləndirən veb sistemi vasitəsilə idarə olunur.
Bebras tapşırıqları üzv ölkələr tərəfindən hazırlanır və Beynəlxalq "Bebras Tapşırıq Seminarı" zamanı razılaşdırılır.
“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması Azərbaycanda ilk dəfə 2014-cü ilin aprel ayında İsmayıllı şəhərində keçirilib [3]. Daha sonra Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2014, 2015 və 2016-cı illərdə Bebras həftələri təşkil olunub.
Bu müsabiqələrə Azərbaycanın fərqli bölgələrindən 5000-ə yaxın şagird qatılıb. Həmin bölgələr Bakı, Sumqayıt, Lerik, Gəncə, Mingəçevir, Qax, Xaçmaz, Lənkəran, Mingəçevir və digər şəhərləri əhatə edib.
2017-ci ilə qədər müsabiqə Azərbaycan ACM Bölməsi tərəfindən təşkil edililirdi. 2017-ci ildən sonra Azərbaycanda müsabiqənin fəaliyyəti dayandırılmışdır.
2022-ci ildə Azərbaycanın Bebras üzvlüyü bərpa edilmişdir. Hazırda Bebras müsabiqəsinin Azərbaycan üzrə nümayəndəsi ÖzünÖyrən[4] layihəsidir.