ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır.[3] Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir.
Hesablama Texnikası Assosiasiyası ACM | |
---|---|
Association for Computing Machinery | |
Növü | Peşəkar Təşkilat |
Yaranma tarixi | 1947 |
Mərkəzi | ABŞ, Nyu-York[1] |
Sədr | Aleksandr L. Vulf[2] |
Üzvləri | 100 000 |
www.acm.org | |
Vikianbarda əlaqəli mediafayllar |
ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır.[4]
Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur.
Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar.[5] Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir. (Hal-hazırda bu vəzifələrdən cavabdeh şəxslər də qeyd edilmişdir)
ACM Peşəkar Bölmələri peşəkar ACM üzvlərini bir çətir altında birləşdirir. Bu bölmələrə təkcə ACM üzvləri deyil, həmçinin digər informasiya kommunikasiya texnologiyası mütəxəssisləri də qoşula bilər. Bölgələr üzrə fəaliyyət göstərən peşəkar bölmələrin sayı 50-dən artıq ölkədə 100-dən çoxdur. Bu bölmələr ölkə və ya qlobal miqyasda keçirilən keçirilən konfransların, mütəxəssislər üçün təşkil edilən seminarların, dərs proqramlarını və s. hazırlanmasına dəstək olur.
Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bir ACM Peşəkar Bölməsi vardır və "Azərbaycan ACM Bölməsi" adlanır. Bölmə Azərbaycanda Bebras müsabiqəsini, proqramlaşdırmaya, oyun proqramlarının yazılmasına həvəsi artırmaq üçün müxtəlif tədbirlər təşkil etmişdir.
ACM Tələbə Bölmələri bölgədəki tələbələri birləşdirmək üçün yaradılır. Tələbə bölmələrinə həm ACM tələbə üzvləri, həm də digər tələbələr qoşula bilir. Bu bölmələrin dəstəyi ilə məktəblərdə və universitetlərdə kompüter elmləri, kompüter mühəndisliyi və digər sahələrin təbliği üçün bir çox sosial fəaliyyətlərin təşkilində iştirak edir. Dünyanın 30-dan artıq ölkəsində 150-dən çox ACM Tələbə Bölməsi fəaliyyət göstərməkdədir.
Azərbaycanda ilk tələbə bölməsi 2011-ci ildə yaranmışdır və aktiv fəaliyyət göstərən iki tələbə bölməsi vardır:
BDU ACM Tələbə bölməsi Azərbaycanda yaradılan ilk ACM tələbə bölməsidir (23.05.2011). Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbə bölməsi bir çox aktual İKT və hesablama texnologiyaları problemlərilə bağlı elmi xarakterli seminarlar təşkil etmiş və Azərbaycanda sahənin inkişafı üçün dəstəyinin əsirgəməmişdir.
QU ACM Tələbə Bölməsi Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzi tərəfindən yaradılmışdır (05.01.2012). Tələbə birliyinin məqsədi digərləri kimi Azərbaycanda bu sahənin inkişafına, xüsusilə də robototexnika sahəsinə marağın yaranmasına və inkişafın sürətlənməsinə dəstək olmaqdır.
ACM Xüsusi Maraq Qrupları yaşadığı zonadan asılı olmayaraq eyni sahənin problemlərini həll etməyə çalışan mütəxəssisləri birləşdirir. Bu qruplar İKT və hesablama texnologiyalarının mühüm problemlərinin həll edilməsində əvəzsiz rol oynamışdır. Dünyanın 30-dan artıq ölkəsində fəaliyyət göstərən 50-dən çox xüsusi maraq qrupları vardır. Bu qruplar iki əsas kateqoriya altında birləşir:
Cəmiyyət dünyanın aparıcı hesablama texnikası və informasiya texnologiyaları mütəxəssislərinin elmi işlərini, araşdırdıqları problemləri 50-dən artıq fərqli jurnal və ya topluda (kağız və ya elektron) dərc edir, istifadəçilərinə müxtəlif servislər vasitəsilə bunları çatdırır. Bunlardan ən faydalıları aşağıda qeyd edilmişdir:
ACM Rəqəmsal Kitabxanası özündə son 60 ildə nəşr edilmiş 50-dən artıq növdə jurnal, qəzet, məqalə, konfrans kitabları və xüsusi maraq qruplarının nəşrlərini özündə birləşdirir. Bu kitabxanada 1950-ci ildən sonra nəşr edilmiş 2.000.000-dan artıq mətn, 1.800.000 biblioqrafik mənbə və s. vardır. ACM öz üzvlərinə bütün bu resurslardan istifadə etməyə imkan verir. Həmçinin xidmətin səviyyəsini artırmaq üçün üzvlərinə şəxsi rəflərini hazırlamağa, öz maraq dairələrində olan məlumatları bir yerə toplamağa, bunları paylaşmağa imkan verir.[16]
Cəmiyyətin 37 fərqli sahə üzrə Xüsusi Maraq Qrupları vardır. Xüsusi Maraq Qruplarının yaradılmasının məqsədi İT sahəsindəki aktual problemlərin müzakirəsi və həlli üçün eyni sahənin mütəxəssisləri bir bayraq altında toplamaqdır. Aparıcı sahələrə kompüter qrafikası, süni intellekt, mobil texnologiyalar, kompüterlə təhsil, proqramlaşdırma mühəndisliyi, proqramlaşdırma dilləri aiddir. Hər bir Xüsusi Maraq Qrupunun özünəməxsus fəaliyyətləri, illik təşkil olunan konfrans, seminar və görüşləri vardır.[17]
Cəmiyyət avtomatlaşdırılmış sistemlər və hesablama texnologiyası sahəsinin Nobel mükafatı adlandırılan A.M. Turing mükafatını təsis etmişdir. Bu mükafat hər il kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqədar sahələrdə göstərdiyi böyük xidmətlərinə görə bir çox mütəxəssisə verilir.[18] 2013-cü ilə qədər bu mukafata layiq görülənlərin siyahısına bu keçiddən baxa bilərsiniz.
1997-ci ildə ACM Press nəşriyyatı "Sehrbazlar və onların sehrləri: Hesablama texnikasındakı portretlər"(Wizards and Their Wonders: Portraits in Computing - ISBN 0897919602) kitabını nəşr etdi. Bu kitab hesablama texnologiyaları ilə bağlı portretlərin toplusudur.