Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir.
Bekir Refet | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 may 1899 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 5 aprel 1977 (78 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur.
Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.[1]
1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar.[1] O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.[2] 1927-ci ildə Karlsrue FF klubunun heyətində Baden-Vürtemberq betsirksliqasının çempionu oldu, 1928-ci ildə isə Baden betsirksliqasının. Komandanın fəxri kapitanı idi.[1]
1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Türkiyə millisinin heyətinə qatılmışdır. 2: 5 hesabı ilə bitən Çexoslovakiya yığmasına qarşı 1/16 final matçında oynamış və 2 qolun müəllifi olmuşdur. Komanda kapitanı idi.[2]
Amsterdamda keçirilən növbəti Yay Olimpiya Oyunlarında Türkiyə millisinin heyətinə qatılmışdır. 1: 7 hesabı ilə bitən Misir millisinə qarşı 1/8 final matçında oynamış və 1 qol vurmağı bacarmışdır.[2]
Millidə üçüncü və sonuncu oyununu 3:1 hesabı ilə bitən Bolqarıstan millisinə qarşı yoldaşlıq oynuna təsadüf etmişdir.[2]
1937-ci ildə oyunçu karyerasını başa vurdu. Ondan sonra Elza adlı alman həyat yoldaşı ilə birlikdə Ettlingen və Karlsrue şəhərlərində yaşamış və biznes ilə məşğul olmuşdur.[1]
5 aprel 1977-ci ildə Karlsruedə infarktdan vəfat etmişdir. Elə orada İslam ayini ilə dəfn olunmuşdur.[1]