Bektaş xan Türkman və ya Kaxetiyalı Bektaş xan (? - ö. 1615) — Səfəvi dövlətinin hərbi xadimi və Kaxetiyanı idarə etmək üçün təyin olunmuş ilk Qızılbaş.
Peykər xan İyirmi Dörd | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1615 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi imperiyası |
Qoşun növü | Süvari |
Rütbəsi | Xan |
Vəzifəsi | Kaxetiya hakimi |
Döyüşlər | Gürcülərin Səfəvi dövlətinə qarşı üsyanı |
Bektaş xannı atası nüfuzlu Qızılbaş əmirlərindən olan Məhəmməd xan Türkman, anası isə Kaxetiyanın hakimi olan II Aleksandrın qızıdır.[1] II Aleksandr eyni zamanda Konstantinin atasıdır və Konstantin də Bektaşın bacısı ilə evlənmişdir. Beləliklə, Konstantin və Bektaş həm qayın-kürəkən olmaqla yanaşı, həm də dayı-bacı oğlu olmuşdurlar.[2] Professor Hirotake Maedaya görə, bu cür evliliklər Şah I Abbasın siyasəti nəticəsində meydana gəlmişdir. Belə ki, şahın siyasətinin məqsədi gürcü və Qızılbaş elit ailələri arasında evliliklər meydana çıxarmaqla, qan qohumluğu yaratmaq idi.[3] Ənənəvi olaraq Təbriz hakimliyi edən Türkman tayfası mənsubu olan Bektaş Şah I Abbasın əmri ilə Kaxetiyaya göndərildi. Onu bu təyinat zamanı Şahzadə Konstantın və Türkamn tayfasından olan döyüşçülər müşayiət edirdi. Bu hadisə 1604-1605-ci illərdə baş vermişdir.[3]
Kaxetiyadakı cərəyan edən sonrakı hadisələr fonunda Konstantin öz atası olan Kral II Aleksandrı və Şahzadə Georgini öldürdü. Bundan sonra qısa müddətli də olsa, krallıq etdi. Lakin tezliklə gürcülər ona qarşı üsyan qaldırdılar və üsyan nəticəsində Konstantin öldürüldü.[3] On il sonra Şah I Abbas özünün komandanlığı ilə gürcülər üzərinə cəza yürüşlərinə başladı. Kartli və Kaxetiyaya olan bu yürüşlərdən sonra Bektaş xan Kaxetiyanın Qızılbaş olan ilk hakimi təyin edildi.[3]
1615-ci ildə Səfəvilər əleyhinə yeni bir üsyan baş verdi. Üsyan nəticəsində Bektaş xan üsyançılar tərəfindən qətlə yetirildi.[4]