Belçikanın işğalı və ya Belçika kampaniyası[1] (10-14 may 1940) — İkinci Dünya Müharibəsi zamanı Fransa kampaniyasının gedişində alman silahlı qüvvələrinin (vermaxt) Belçika qoşunlarına qarşı strateji hərbi əməliyyatı və Belçikanın Üçüncü Reyx tərəfindən işğal edilməsi.
Belçikanın işğalı | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi[2]. Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi. Almaniya ilə müharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi[2].
Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord Con Qortun komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi[2].
Alman ordusu Belçika üzərinə hücuma əsas vəzifəsi rəqibin hərbi hava qüvvələrini məhv etmək və səmada üstünlüyü ələ keçirmək olan “Lüftvaffe” təyyarələrinin havadəstəyi ilə başladı. Hava döyüşləri “Heinkel He-111”, “Dornier Do 17”, “Messerşmitt Bf 109” kimi müasir tipli alman qırıcı və bombardmançı təyyarələrinin üstünlüyü şəraitində gedirdi. Belçikalılar belə bir çətin şəraitdə, 1930-cu illərdə tikilmiş və Niderlandla sərhəddə yerləşən Eben-Emal fortuna böyük ümidlər bəsləyirdilər. Lakin,vermaxt komandanlığı da Eben-Emal fortunun strateji əhəmiyyətini hiss edərək, hələ Belçika ilə müharibəyə başlamazdan əvvəl, həmin fortun neytrallaşdırılmasıməqsədilə hərbi hava əməliyyatı planı hazırlamışdı. Məhz buna görə də, Fransa kampaniyasının ilk günündə – mayın 10-da alman desantçıları motorsuz uçan aparatlar olan planerlərin köməyi ilə, fort ərazisinə endirildi. Cəmi 24 saata Belçikanın 7-ci piyada diviziyasının müqavimətini qıran almanlar Eben-Emal fortunuələ keçirdilər. Bu, həmçinin almanlara, mühüm strateji plasdarm olan Albert kanalı sahillərini ələ keçitməyə şərait yaratdı[2].
Mayın 10–12-də vermaxt ordusu Ardenləri keçərək, La-Manş boğazına doğruirəliləməyə başladılar. Mayın 12-də, müharibənin ən böyük tank döyüşlərindən biriolan Annyu döyüşü başlandı və tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. Lakin, La-Manşa doğru irəliləyən alman ordusu müttəfiqləri mühasirəyə alaraq, 5 günə oraya çatmağa nail oldu. Almanlar müttəfiq ordularını tədricən dənizə doğru geri çəkilməyə məcbur etdilər[2].