Belarus Coğrafiya Cəmiyyəti

Belarus Coğrafiya Cəmiyyəti (belar. Беларускае геаграфічнае таварыства) — Belarus Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Minsk şəhərində yerləşir. 2004-cü ildən rəhbəri Pyotr Lopuxdur.

Belarus Coğrafiya Cəmiyyəti
belar. Беларускае геаграфічнае таварыства
Növü ictimai təşkilat
Yaranma tarixi 1954
Rəsmi dili Belarus
Mərkəzi Belarus Belarus
Sədr Pyotr Lopux
bgo.by

Cəmiyyətin əsası 1954-cü ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Minsk şəhərində qoyulmuşdur. Həmin vaxt SSRİ Coğrafiya Cəmiyyətinin tərkibində idi[1].

İlk qurultayı 1975-ci ilin 12 mart tarixində Minsk şəhərində keçirilmişdir.

1992-ci ilin yanvarında Belarus Coğrafiya Cəmiyyətinə çevrilmişdir[1].

Hazırkı Nizamnaməsi 2007-ci ildə təsdiq edilmişdir[1].

Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.

5 regional şöbəsi var[1]:

  • Mogilev şöbəsi;
  • Qomel şöbəsi;
  • Brest şöbəsi;
  • Vitebsk şöbəsi;
  • Mozır şöbəsi.
  • İvan Lupinoviç (1954—1957)
  • Konstantin Lukaşov (1957—1960)
  • Timofey Qorbunov (1960—1963)
  • Vasili Dementyev (1963—1974)
  • Vadim Juçkeviç (1974—1983)
  • Valeri Anoşko (1983—2004)
  • Pyotr Lopux (2004-cü ildən)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]