Rusiya Coğrafiya Cəmiyyəti (rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» və ya qısaca ВОО «РГО») — Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris (1821), Berlin (1828) və Londonda (1830) yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir[1]. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.
Rusiya Coğrafiya Cəmiyyəti ВОО «РГО» | |
---|---|
rus. Всеросси́йская обще́ственная организа́ция «Ру́сское географи́ческое о́бщество» | |
Növü | İctimai Təşkilat |
Yaranma tarixi | 18 avqust 1845 |
Rəsmi dili | Rus |
Mərkəzi | Rusiya, Sankt-Peterburq |
Sədr | Sergey Şoyqu |
Üzvləri | 19.000 |
rgo.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmiyyət Rusiya imperatoru I Nikolayın[3] qərarı ilə 18 avqust 1845-ci ildə yaradılmışdır.
Cəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir[4]:
Cəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər:
Müxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir.
1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey Şoyqudur[3]. O, həm də Rusiya Federasiyasının müdafiə naziridir.
№ | Rəhbərlik illəri | Rəhbər | Vəzifə |
---|---|---|---|
1. | 1845—1892 | Böyük knyaz Konstantin Nikolayeviç | Sədr |
2. | 1892—1917 | Böyük knyaz Nikolay Mixayloviç | Sədr |
3. | 1917—1931 | Yuli Şokalski | Sədr |
4. | 1931—1940 | Nikolay Vavilov | Prezident |
5. | 1940—1950 | Lev Berq | Prezident |
6. | 1952—1964 | Yevgeni Poplovski | Prezident |
7. | 1964—1977 | Stanislav Kalesnik | Prezident |
8. | 1977—1991 | Aleksey Tryoşnikov | Prezident |
9. | 1991—2000 | Sergey Lavrov | Prezident |
10. | 2000—2002 | Yuri Seliverstov | Prezident |
11. | 2002—2009 | Anatoli Komaritsın | Prezident |
12. | 2009—hal-hazırda | Sergey Şoyqu | Prezident |
Mövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir:
Cəmiyyətin Moskva və Sankt-Peterburq şəhərlərində qərargahları var[7][8].
1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.
2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur[3]. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər[3].
Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir[3].
Cəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdır[9].
Cəmiyyətin digər filialları Vilnüs (1867), Orenburq (1867), Kiyev (1873), Omsk (1877), Xabarovsk (1894), Daşkənd (1897) və digər şəhərlərdə yaradılmışdır. Vilnüs və Kiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.
Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.
1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.
Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.
1956-cı ildən Beynəlxalq Coğrafiya İttifaqının üzvüdür.