Belarus Konstitusiya Məhkəməsi

Belarus Konstitusiya Məhkəməsi (belar. Канстытуцыйны Суд Рэспублікі Беларусь) — Belarusun konstitusiyanın şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqanı. 1994-cü ildə qurulmuşdur. Məhkəmənin funksiyası konstitusiya ilə əlaqədar məsələlərdə ədaləti təmin etməkdir. Məhkəmə, həmçinin, milli qanunvericiliyin konstitusiya ilə ziddiyyəti məsələlərini həll edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hər biri ali hüquq təhsilli 12 hakimdən ibarətdir. Altı hakim Prezident, digər altı hakim isə Respublika Şurası tərəfindən təyin edilir. Təyinat üsulundan asılı olmayaraq, hakimlər 11 il müddətinə səlahiyyətlərini icra edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]