Belarus Milli Texniki Universiteti (belar. Беларускі нацыянальны тэхнічны ўніверсітэт) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Universitet Belarus Respublikası Təhsil Nazirliyinin strukturuna daxildir[3].
Belarus Milli Texniki Universiteti БНТУ, БДПА, БПІ | |
---|---|
53°55′15″ şm. e. 27°35′34″ ş. u.HGYO | |
Əsası qoyulub | 1920 |
Tip | dövlət universiteti |
Rektor | Boris Xrustalyev |
Tələbə sayı | 40 000 (2014)[1] |
Şəhər | Minsk |
Ölkə | |
Ünvan | Belarus, Minsk şəhəri |
Sayt | bntu.by |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin əsası 1920-ci ildə qoyulmuşdur. Müxtəlif vaxtlarda adı bir neçə dəfə dəyişilmişdir. Mövcud adını 2002-ci ildən bəri daşıyır.
40 min tələbəsi, 18 fakültəsi, texnoparkı, aqrar-sənaye kompleksi olan Belarus Milli Texniki Universiteti ölkəsinin nüfuzlu ali təhsil müəssisəsi hesab olunur[1].
Universitetin kafedralarının istehsalatda 71 filialı, kadrların yenidən hazırlanması və ixtisasartırma institutu, "Politexnik" təcrübə zavodu, elmi-texniki əməkdaşlıq mərkəzi vardır[1].
Universitetin əsas kitabxanası Elmi Kitabxana adlanır. Bu kitabxana Belarus Respublikasının ən qədim universitet kitabxanalarından biridir. İki binası var. Biri Minskin Yakub Kolas küçəsində, digəri isə Nezavisimosti prospektində yerləşir.
Universitin idman bölmələrinə 495 yüksək ixtisaslı idmançılar daxildir; İdman Onların arasında 11 nəfər dünya üzrə idman ustası, 110 nəfər idman ustası və 168 nəfər də idman ustalığına namizəddir. 200 nəfərdən çoxunun da idmançı dərəcəsi var. 47 nəfər Belarus Respublikasının Olimpiya komandalarının üzvləridir.[4]
Universitetin qadınlardan ibarət "BNTU-BelAZ" komandası 2012-ci ildə ölkə kubokunun sahibi olmuşdur.
Universitetin rektoru Boris Xrustalyevdir. Prorektorların sayı isə 7 nəfərdir ki, onlardan biri birinci prorektordur.
"QS World University Rankings"in 2013, 2014 və 2015-ci[5] illərdəki nəticələrinə görə ölkəsinin ali məktəbləri arasında Belarus Dövlət Universitetindən sonra 2-ci yerdə olmuşdur.