2020-ci il Belarus etirazları — 2020-ci il mayın 20-dən başlayan, avqustun 8-dən isə geniş vüsət alan etirazlar.[1]
2020-ci il Belarus etirazları | |||
---|---|---|---|
Tarix | 9 avqust— | ||
Yeri | Belarus | ||
Səbəbi |
• Aleksandr Lukaşenkonun 26 il Belarus Prezident olması • Belarusda sosial vəziyyətin ağır olması • Belarusda sosial sahədə islahatların olmaması • Belarusda iqtisadi vəziyyətin ağır olması • Belarusda iqtisadi sahədə islahatların olmaması • Sergey Tixanovski və Viktor Babarikonun həsb edilməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Prezident seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra avqustun 9-dan 10-na ötən gecə minlərlə insan mitinqlərə başladı. Mitinqlərin dağıdılması zamanı gözyaşardıcı qazlardan, flash qumbaralardan, rezin güllələrdən istifadə edən polislər və vətəndaşlar arasında toqquşmalar oldu. 2011-ci ildə Çexiyanın Belarusa silah-sursat verilməsinə embarqo qoyulmasına baxmayaq, flash qumbaralarının Çexiya istehsalı olduğu məlum olub. Mitinqlərin nəticəsində 100-dən çox insan xəsərat aldı, onlardan dörd nəfəri reanimasiyaya yerləşdirildi.
Prezidentliyə namizəd Svetlana Tixanovskaya Daxili İşlər Nazirliyini, XTMD nəfərlərini dinc etirazçılara qarşı zorakılığı dayandırmağa çağırdı.
Həmin gün Belarusun Telegram kanallarından vətəndaşların avqustun 10-u saat 19:00-da meydanlara gəlmələri ilə bağlı çağırışlar göndərildi.
Avqustun 10-da etirazlarla bağlı birinci açıqlamanı Aleksandr Lukaşenko verdi. O, Belarusun arçalanmasına icazə verməyəcəyini və etirazçıların "adekvat cavab" alacağını bildirdi. O, etirazçıların şərxoş olduğlarını və onların Birləşmiş Krallıq, Çexiya və Polşa tərəfindən idarə olunduğunu bildirdi.
Belarus ərazisində vətəndaşların internetə çıxa bilməməsi avqustun 11-də də davam etdi.
Səhər saatlarında Svetlana Tixanovskayanın səlahiyyətli nümayəndəsi Olqa Kovalkova, onun DTK tərəfindən Belarus ərazisindən çıxarıldığını bildirdi. Az sonra isə Litvanın xarici işlər naziri Linas Linkyaviçus rəsmi twitter hesabına "Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o hal-hazırda Litvadadır" yazdı.
Bir müddət sonra Svetlana Tixanovskayanın YouTube hesabında video müraciəti yayıldı. Video müraciətdə onun, "Allah heç kəsi mənim kimi seçim qarşısında qoymasın" və "Heç bir həyat hazırda baş verənlərə dəymir, həyatımıza ən vacib uşaqlardır" deməsi, bir gün əvvəl MSK-nın binasında ona təyzirlərin edilməsi və məcburən bu qərarı verməsinə əsas yaratdı.
Avqustun 12-dən 13-nə ötən gecə Bodruysk şəhərinin 2 №-li İstintaq Təcridxanasında saxlanılanlar "Rədd ol!" şüarları səsləndiriblər və Lukaşenkonun istfasını tələb ediblər.
Minsk şəhərinin müxtəlif yerlərində səhər saatlarından etibarən əllərində ağ və qırmızı qızılgüllər olan qadınlar həmrəylik zəncirləri çəkməyə başlayıblar.
Minsk şəhərində 6 №-li şəhər xəstəxananın tibb işçiləri etiraz aksiyası keçiriblər.
Avqustun 14-də Mogilyov şəhərində saxlanılanların bir hissəsi sərbəst buraxıldı. Sərbəst buraxılanlar Lenin Rayon Polis İdarəsində işgəncələrə məruz qaldığlarını bildirdilər. Onların bədənlərində olan xəsarətlərin fotoları ictimaiyyət arasında rezonansa və hiddətə səbəb oldu.
Həmin gün müəllimlər və təhsil sahəsində çalışanlar Yakub Kolas meydanında toplaşdılar və etirazçılarla həmrəyliyini göstərdilər. MSK-nın inzibati binasınında qarşısında isə bir qrup qızlar qara geyimdə "Səsləri dəfn etdik" aksiyasını keçirdilər.
Avqustun 14-də Minsk metropolitenin işçiləri, "Нафтан" ASC işçiləridə tətil elan etdilər.
Səhər saatlarında 2 gün əvvəl Litvaya getməyə məcbur olan Svetlana Tixanovskaya YouTube hesabından müraciət yayımladı. O, Belarusda zorakılığını dayandırmağa, şəhər merlərini avqustun 15-də və 16-da eitrazçılarla həmrəyliyə səslədi.