Eqils Levits (30 iyun 1955[1], Riqa) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993–1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb.
Eqils Levits | |
---|---|
latış. Egils Levits | |
8 iyul 2019 – 8 iyul 2023 | |
Əvvəlki | Raymonds Veyonis |
Sonrakı | Edqar Rinkeviç |
6 iyul 1993 – 6 noyabr 1995 | |
8 mart 1993 – 20 sentyabr 1994 | |
8 mart 1993 – 20 sentyabr 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1955[1] (69 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | hakim, hüquqşünas, siyasətçi, vəkil |
|
|
Təltifləri | |
president.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb.
Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib.
Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.