Belarus traktoru

Belarus-1522

Belarus (rus. Белару́с) — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞKanadaya ixrac edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi.

1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır.

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.[1]

Lisenziya[redaktə | mənbəni redaktə et]

Azərbaycan[redaktə | mənbəni redaktə et]

2006-cı ilin oktyabrında Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq yaradılmışdır. 2007-ci iln mart ayının 27-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb.[2]

Pakistan[redaktə | mənbəni redaktə et]

Fecto Group ilk dəfə 1962-ci ildə Qərbi Pakistanda Sovet Brend Traktorlarını təqdim etmişdi. Traktorlar əvvəllər SSRİ-dən gətirilmiş, daha sonra 1980-ci illərdə Lahorda Fecto Belarus Traktor Yığma Zavodu tikilmişdir. O vaxtdan bəri zavod tərəfindən 25 at gücündən 80 at gücünə qədər müxtəlif traktor modelləri təqdim edilib.[3]

Rumıniya[redaktə | mənbəni redaktə et]

2010-cu ilin oktyabr ayında Rumıniyada yerləşən IRUM şirkəti, taxta-şalban traktorlarında ixtisaslaşaraq yerli bazar üçün xaricdən gətirilən Belarus TAG traktorlarından yığmağa başlyıb.[4]

Serbiya[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Serbiyanın Agropanonka şirkəti yerli bazar üçün ildə 3 000 traktor yığmağa başlayıb.[5]

Tacikistan[redaktə | mənbəni redaktə et]

2012-ci ilin sentyabrında Tacikistan və Belarus Tacikistanın cənubunda Belarus traktorları istehsal edən şirkət yaratmaq barədə razılığa gəliblər. Tacikistanda istehsal olunan traktorların bir hissəsinin regionun digər ölkələrinə ixracı planlaşdırılır.[6]

Kamboca[redaktə | mənbəni redaktə et]

2013-cü ilin mart ayında Kambocada Pnompen yaxınlığında Belarus Traktor Yığma Zavodu açılmışdır. Birgə layihə Kamboca və ətraf ölkələrin bazarlarına hər il 400-dən çox müxtəlif model traktorun tədarükünü nəzərdə tutur.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jackson, Patrick. "Ukraine war: Vladimir Putin gets a tractor for his 70th birthday". BBC News. 2022-10-07. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.
  2. "Belarusdakı vəziyyət "Gəncə Avtomobil Zavodu"nun istehsalına təsir edibmi?". Report İnformasiya Agentliyi. 2020-08-14. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  3. "Home". faectotractors.com. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  4. "IRUM Reghin iese pe piata, din aceasta luna, cu tractoare produse sub licenta Belarus". 2011-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-26.
  5. "Home". agropanonka.com. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-11.
  6. "Belarusian Tractors to Be Constructed in Tajikistan". The Gazette of Central Asia. Satrapia. 7 September 2012.
  7. "Belarus Tractor Assembly Plant opens near Phnom Penh, Cambodia". Belteleradiocompany. 27 March 2013. 30 December 2014 tarixində orijinalından arxivləşdirilib.