«Minsk Traktor Zavodu» Açıq Tipli Səhmdar Cəmiyyəti — Belarusda traktor istehsal edən müəssisə. Kənd təsərrüfatı texnikasının istehsalına görə dünyada ilk səkkizliyə daxildir[5]. Müəssisə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Belarusun bir çox təltiflərinə layiq görülmüşdür. «Minsk Traktor Zavodu» 29 may 1946-cı ildə təşkil edilmişdir. 2013-cü ilə olan məlumata görə burada 21 min insan çalışır.
Minsk Traktor Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | Avtomobil sənayesi |
Məhsulları | mühərrik, Traktor |
Təsis tarixi | 29 may 1946 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti | 881 mld. rubl (2015) |
Struktur | |
İşçi sayı | 16819 (2016)[1] |
Rəhbərlik | |
Rəhbərlik | Domatenko Fedor Aleksandroviç[2] |
naz.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Zavodda buraxılan traktorlar həm təkərli həm də tırtıllı variantlara sahibdir. 2008-ci ilə olan məlumata görə burada 3,7 mln traktor hazırlanmışdır ki, onun 2,6 mln dünyanın yüzdən çox ölkəsinə ixrac edilmişdir. Burada 62 növ müxtəlif maşın istehsal edilir.
Traktorların böyük qismi dizel mühərtikləri ilə təmin edilir. Onlarda Minsk Motor Zavodunda istehsal edilir.
Belarus-80.1; Belarus-82.1; Belarus-90; Belarus-92; Belarus-320; Беларус-310; Belarus-321; Belarus-422; Belarus-510; Belarus-512; Belarus-520; Belarus-522; Belarus-572; Belarus-622; Belarus-820; Belarus-826; Belarus-892; Belarus-920; Belarus-922.3; Belarus-923.3; Belarus-1021; Belarus-1025.2 Belarus-1220.3; Belarus-1221.2; Belarus-1523; Belarus-2022.3; Belarus-3022ДЦ.1; Belarus-3522.
Belarus-80Х; Belarus-100Х; Belarus-920Р; Belarus-921.3; Belarus-921.4-10/91.
Belarus-2103; Belarus-3023; Belarus-1502; Belarus ЭП-491; Belarus 1502-01; Belarus МУ-466.