Belemnitlər [Belemnitida] - ali başayaqlı molyuskların — Coloidea yarımsinfinin dəstəsi. Skelet üç hissədən ibarətdir: rostr, fraqmokon və proostrakum. Fossil halda rostr, daha az fraqmokon və nadir hallarda proostrokum qalır. Rostr belemnitlərin daxili skeletinin əsas hissəsi olub, arxa tərəfi daralan, qabaq tərəfi genişlənmiş silindr, subsilindr və ya konusvari şəkildə olur. Rostru təşkil edən kalsit təbəqəcikləri mantiyanın daxili səthi ilə çökdürülür. Rostrun qabaq qurtaracağında içərisində fraqmokon olan oyuq — alveola yerləşir. Bəzən rostrun ön qurtaracağından alveoloya qədər qarın (alveolyar) şırımı uzanır. Konus şəkilli fraqmokon bir-birindən arakəsmələrlə ayrılan, sifonla kəsilən çoxsaylı kameralardan ibarətdir. Quruluşuna görə fraqmokon digər başıayaqlıların qabığına müvafiq olub, belemnitlər əcdadı sayılan baktritoideya fraqmokonlarına yaxındır. Proostrokum nazik lövhəcik olub fraqmokonun arxa tərəfinin davamıdır. Devon — gec təbaşir. Belemnitlər mezozoyun dəqiq və zonal stratiqrafik şkalaların əsaslandırılması üçün olduqca əhəmiyyətlidir.
Belemnitlər | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Belemnitlər |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|