Belfast şəhəri

BelfastŞimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir. Əhalisinin sayına görə, Belfast Böyük Britaniyada 17-ci, İrlandiya adasında ikinci ən böyük şəhərdir. Tarixən, Belfast İrland kətan sənayesi, tütün istehsalı və gəmiqayırma ("Linenopolis" ləqəbini qazananıb) mərkəzi olmuşdur: şəhərin əsas gəmiqayırma şirkəti olan Harland and Wolff tanınmış RMS Titaniki inşa etmişdi. Belfast Sənaye inqilabında açar rolunu oynamış və 20-ci əsrin ikinci yarısına qədər qlobal sənaye mərkəzi kimi özünəməxsus yerini qoruyub saxlamışdır. Belfast 20-ci əsrin əvvəllərində İrlandiyanın ən böyük şəhəri idi. Bu gün Belfast sənaye mərkəzi, eləcə də incəsənət, ali təhsil, hüquq və biznes mərkəzi olaraq qalır. Bu şəhər Şimali İrlandiyanın iqtisadi mühərrikidir.

Paytaxt
Belfast
Belfast
Béal Feirste[1]
Bayraq Gerb
Bayraq Gerb
54°35′47″ şm. e. 5°55′48″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 114,995472 km²
Mərkəzin hündürlüyü 3 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 345.006 nəf. (1 iyul 2021)[3]
Digər
belfastcity.gov.uk
Xəritəni göstər/gizlə
Belfast xəritədə
Belfast
Belfast
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Belfastda iki aeroport mövcuddur: Corc Best Şəhər Aeroportu (şəhərdə) və Belfast Beynəlxalq Aeroportu (şəhərin qərbindən 24 km məsafədə).