İnverness (ing. Inverness, şot.kelt Inbhir Nis) — Böyük Britaniyada, Şotlandiyanın Haylends bölgəsinin mərkəzi olan şəhər.[1] Coğrafi mövqeyinə görə Şotlandiyanın şimalında yerləşən Haylends bölgəsinin daşıma və nəqliyyat yollarının kəsişməsində yerləşir və bu bölgənin təbii mərkəzidir.
Şəhər | |
İnverness | |
---|---|
57°29′02″ şm. e. 4°13′33″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | IV1, IV3, IV2 |
Digər | |
inverness-scotland.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İnvernessdəki ilk yaşayış yerləri piktlərə məxsus olan istehkam tipli mövqelərdir. İlk yazılı sənəd missioner Kolumbanın 565-ci ildə Pikt kralı Brudiyə Xristian dinini qəbul etdirmək üçün etdiyi ziyarətlə bağlıdır.[2] Bu kralın indiki şəhərin yerləşdiyi yerdən 2,4 km qərbdə, qorunan bir mövqedə yaşadığı qəbul olunmuşdur.
Uilyam Şekspir tərəfindən toxunulan mövzu olan Şotlandiya kralı I Mecbitin ondan əvvəl kral olan I Dunkanı öldürməsi hadisəsi İnvernessdə, indiki qalanın 1 km şimal-şərqində yerləşən başqa bir istehkam mövqeyində cərəyan etmişdir.[3] Bu keçmiş istehkam mövqeyini ləğv edən Şotlandiya kralı III Malkolm Krenmor hal hazırkı İnverness qalasının mövqeyində ilk qalanı tikdirmişdir.[4]
Bu qala və İnverness strateji mövqeyi səbəbindən bir çox düşmənin (Haylends klanına daxil olanlar, Hebraydis adasında yaşayanlar və Skandinaviyadan gələn vikinqlər) hücumuna hədəf olmuşdur.
Orta əsrlərdə ticarət mərkəzinə çevrilən İnvernessdə ənənəvi olaraq ilin fəsillərinə uyğun olan dörd müxtəlif yarmarka keçirilirdi. Şotlandiya kralı Vilyam İnvernesslə bağlı dörd qanun qəbul etmiş və bunlardan biri ilə İnverness Krallıq bölgəsi (ing. Royal burgh) olmuşdur. 1233-cü ildə İnvernessdə kralın icazəsi ilə Bominikan monastrı qurulmuşdur. İnverness XVI əsrə qədər müəyyən dövrlərdə (1187[5], 1340[6], 1411[7], 1454[8], 1491[9], 1562[10]) hücumlara məruz qalmış, yaşayış məskəni ətrafında və yaxınlarında baş verən toqquşmalar Şotlandiya tarixinə həkk olunmuşdur.
1603-cü ildə Şotlandiya kralı VI Yakov İngiltərə kralı I Yakov elan olunduqdan sonra Şotlandiya və İngiltərə bir krallığa tabe olan iki dövlət kimi idarə olunmağa başlamışdır. I Yakovun oğlu I Karlın dövründə İngiltərədə kral tərəfdarları ilə parlament tərəfdarları arasında 1642-1651-ci illəri əhatə edən İngiltərə Vətəndaş Müharibəsi baş vermiş və Şotlandiya I Karla kömək etmişdir. Parlament tərəfdarlarının ordusunun komandanı olan Oliver Kromvel Şotlandiyanı ələ keçirmişdir. İngilislər indiki İnverness qalasının şimalında yeni qala inşa etmişdir. 1680-ci ildə İngiltərədə kral hakimiyyəti bərpa olduqdan sonra hakimiyyətə keçən II Karl Şotlandiya kralı olma səlahiyyətləri ilə yeni qalanı dağıtdı.[11]
1688-1746-cı illərdə II Yakovun geri gətirilməsi ilə baş qaldıran Yakobit üsyanları İnvernessə ciddi təsir etdi. 1715-ci ildə Yakobit üsyançıları İnverness qalasını ələ keçirdi. 1727-ci ildə İnvernessdə ingilis ordularının Haylendsə nəzarət edə bilməsi üçün Fort Georq adlı qala inşa edildi. Buna baxmayaraq bu qala 1746-cı ildə üsyançılara təslim oldu və divarları partlayıcı maddə ilə uçurduldu. 1746-cı ildə İnverness yaxınlığında yerləşən Kulloden Moor çöllük ərazisində Yakobit üsyançıları ilə Haylends şotlandları, ingilislər və onlara dəstək olan Loulends şotlandları arasında baş verən Kulloden döyüşündə üsyançılar ağır şəkildə məğlub edildikdən sonra üsyan başa çatdı.[12] Kulloden döyüşü Britaniya adasında baş verən son hərbi toqquşma olaraq məşhurlaşdı və hələ də şotland milliyətçiləri tərəfindən xatirəsi anılmaqdadır.
İngilislər 1748-1769-cu illərdə İnverness şəhərinin 18 km şimal-şərqinə ən müasir istehkamçılıq üsullarından istifadə edərək və çoxlu topçu mövqeyi quraraq Fort Georq qalasını inşa etdilər. Bu qala hələ də Böyük Britaniya ordusunun Şotlandiya alaylarının əsas qarnizonudur.
Britaniya adasının ən şimalında yerləşən şəhərdir. Şotlandiyanın paytaxtı Edinburqa 254 km, Böyük Britaniyanın paytaxtı olan Londona isə 903 km məsafədə yerləşir.
İnverness Şimal dənizindən şərqə doğru quruya daxil olan Morey Firt fiordunun sonunda yerləşir. Başqa sözlə desək İnverness Lok Ness gölündən şimal-şərqə doğru Morey Firt fiorduna axan Ness çayının mənsəbində, fiordun şərq ucunda yerləşir. Şəhərdən cənub-şərq istiqamətində Lok Loçi, Lok Eyşi və Lok Ness gölünün mövcud olduğu Böyük Vadi yerləşir. XIX əsrdə İnvernesslə Fort Vilyam şəhərini bir-birinə bağlayan Kaledoniya kanalı çəkilmişdir. Dövrünə görə böyük yatırım hesabına başa gələn bu kanal göllər və Böyük Vadidən keçməklə sahilində Fort Vilyam şəhərinin yerləşdiyi Lok Linnbi fiordunu Morey Firt fiordu ilə əlaqələndirirdi. Hesab olunurdu ki, bu kanal İnvernessin önəmini artıracaq. Buna baxmayaraq yelkənli gəmilər üçün nəzərdə tutulduğundan böyük gəmilər bu kanaldan istifadə edə bilməmişdir və kanal uğursuzluğa düçar olmuşdur. Kaledoniya kanalının yerləşdiyi Böyük Vadi Günah Vadisi adlanan seysmik çatın üzərində yerləşir. Buna baxmayaraq seysmik baxımdan aktiv olan bu çat üzərində geoloji fəaliyyətlər o qədər də nəzərə çarpmır. İnvernessə təsir edən ən sonuncu zəlzələ 1934-cü ildə baş vermiş və yüngül keçmişdir.[13]
İnvernessdə dəniz iqlimi hökm sürür. Buna baxmayaraq İnverness Böyük Britaniyanın ən kəskin tempratur amplitudası müşahidə olunan şəhər statuslu yaşayış məntəqəsidir. Qışda havalar soyuq keçir və tempratur -19 °C-yə qədər aşağı düşür. Yayda isə havalar isti keçir və bəzən tempratur +29 °C-yə qədər qalxır. Bir ildə orta hesabla 228 yağışlı gün müşahidə olunur.[14][15]
İnverness əhalisi ümumi yanaşdıqda artan istiqamətlidir. 1861-ci ildə təqribən 12000 nəfər olan əhali, 2009-cu ildə aparılan hesaba görə 44220 nəfərə yüksəlmişdir. Avropa Birliyinə daxil olan ölkələrin şəhərləri arasında ən sürətlə böyümək üzrə ilk pillələrdədir.[16] Hal hazırda Şotlandiyanın Haylends bölgəsinin əhalisinin 25%-ə qədəri İnverness və ona yaxın olan ətraf ərazilərdə yaşayır.
İl | 1861 | 1871 | 1881 | 1951 | 1961 | 1971 | 1981 | 1991 | 2001 | 2009 |
---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 12.509 | 14.469 | 17.365 | 28.107 | 29.774 | 34.839 | 40.011 | 41.234 | 40.949 | 44.220 |
İnvernessin aşağıdakı şəhərlərlə rəsmi şəkildə qardaş şəhər olma razılaşmaları vardır:[17]