Belkanto

Belkanto (it. Bel canto — "gözəl oxuma" və ya "gözəl mahnı") — bir neçə italyan oxuma stili ilə əlaqədar mənalara malik bir termindir.[1]

19-cu əsrin ortalarına qədər bu termin musiqiçilik "məktəbi" ilə əlaqələndirilmirdi, amma 1860-cı illərin əvvəllərində yazıçılar bu termini 1830 illərdən bəri sıradan çıxmağa başlayan oxuma stilini təsvir etmək üçün istifadə etməyə başladılar.[2] Buna baxmayaraq, "nə musiqi lüğətləri, nə də ümumi lüğətlər 1900-cü ildən əvvəl [bel kanto]nu müəyyən etməyə cəhd göstərmədilər". Bu termin 21-ci əsrdə qeyri-müəyyən və ikimənalı olaraq qalır və tez-tez itirilmiş mahnı ənənəsinə istinad etmək üçün istifadə olunur.[3]

Terminin tarixi

[redaktə | mənbəni redaktə et]

Bugünkü anlayışda bel canto termini 18-ci və 19-cu əsrin əvvəllərində Avropanın çox hissəsində üstünlük təşkil edən italyan mənşəli vokal üslubuna aiddir. 19cu və 20ci əsrin sonuna aid mənbələr "bizi düşünməyə vadar etdi ki, belkanto gözəlliyi və ton bərabərliyi, leqato ifadəliyi və viviyetiv passajları ifa etmək bacarığı ilə məhdudlaşırdı, lakin müasir mənbələr [18-ci əsrin sonu və 19-cu əsrin əvvəlləri] çoxşaxəli ifa tərzinin bu xarakteristikalarla mədudlaşmadığını bildirir.[4]

  1. Stark, James (2003). Bel Canto: A History of Vocal Pedagogy. University of Toronto Press. ISBN 978-0-8020-8614-3.
  2. Toft, Robert (2013). Bel Canto: A Performer's Guide. Oxford University Press. ISBN 978-0-19-983232-3.
  3. Duey, Philip A. (1951). Bel canto in its Golden Age. Da Capo Press. ISBN 978-1-4067-5437-7.
  4. Toft, Robert (2013). Bel Canto: A Performer's Guide. Oxford University Press. ISBN 978-0-19-983232-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]